Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Forumda iştirak edib.

Dünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu gücləndirməkdir.

IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinin direktoru Surxay Şükürov dünya liderləri tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsi ilə nəticələnən BMT-nin Dayanıqlı İnkişaf Sammitinin sentyabr ayında üç illiyinin tamam olacağını xatırladaraq, bu sənədin insanlar, planet və rifah naminə fəaliyyət planı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai birliyinin təsisçisi, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva Forumun açılış mərasimində çıxış edib.

Leyla Əliyeva planetimizin və onun təbii ehtiyatlarının mühafizəsi məqsədilə maarifləndirmə və fəaliyyətin təşviqi üçün ən mühüm gün olan Dünya Ətraf Mühit Gününü qeyd etmək üçün Forum iştirakçıları ilə birlikdə olmaqdan məmnunluğunu bildirib. “Bizim tədbirimiz bu günü qeyd etmək və ətraf mühitlə bağlı aktual məsələlər və dayanıqlı inkişaf barədə danışmaq üçün böyük imkandır”, - deyən IDEA-nın təsisçisi vurğulayıb ki, biz vaxtın ötüb getdiyini və hərəkətə keçmək üçün yeganə zamanın indiki zaman olduğunu yadda saxlamalıyıq.

“2015-ci ildə dünya liderləri bəşəriyyətin bütün mövcud çağırışlarının həllində irəli aparan ümumbəşəri yol olan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini təsdiqlədilər. Gündəlikdə 2030-cu ilədək nail olunması üçün 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi və 196 hədəf müəyyənləşdirilib. Azərbaycanda dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsini əlaqələndirmək məqsədilə 2016-cı ilin oktyabrında dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılarkən ölkəmiz 2030-cu il Gündəliyinə nail olmaq öhdəliyini ən yüksək səviyyədə nümayiş etdirdi. Bu gün BMT-nin 18 rezident və qeyri-rezident qurumu Azərbaycanın bu 17 məqsədə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir. Sevinc hissilə qeyd edirəm ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş bir sıra layihələrdə bizim IDEA təşkilatımız BMT ilə uğurlu əməkdaşlıq edir. Bir çox birgə təşviqat tədbirləri, o cümlədən BMT İnkişaf Proqramı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı -FAO və UNICEF-lə tədbirlərin həyata keçirilməsi 2018-ci ilə planlaşdırılır. Əlbəttə ki, bu böyük forum bizim əməkdaşlığımızın nəticəsidir. Ümidvaram ki, bu, ətraf mühitə dair məsələlərlə bağlı məlumatlılığı artıracaq, qlobal məqsədlərə nail olmaq üçün gənclərin səylərini birləşdirməsinə kömək edəcək. 2030-cu il Gündəliyi əslində gənclər gündəliyidir. Çünki onun inkişaf etdirilməsi üçün əsas iştirakçılar gənclərdir”, - deyə Leyla Əliyeva bildirib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını xatırladaraq, həmin vaxtdan bəri ölkə üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edildiyini, eyni zamanda, dövlət proqramları və strategiyalarının bu məqsədlərlə uzlaşdırılmasının həyata keçirildiyini söyləyib. Qeyd edib ki, ötən il Azərbaycanda “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar ilkin addımlar haqqında Könüllü Milli Hesabat hazırlanaraq Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilib. “Dayanıqlı inkişaf – gələcək nəsillərin imkanlarını təhlükə altına qoymadan indiki dövrün ehtiyaclarını təmin edən inkişafdır”, - deyən Muxtar Babayev bildirib ki, bu inkişafın ekoloji aspektləri okean və dəniz ehtiyatları, iqlim dəyişmələri, ətraf mühit, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik sahələrindəki məqsədləri əhatə edir. Buna nail olunması baxımından insan və təbiət arasında münasibətlərdə balansın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Burada dövlət və qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının, xüsusilə də gənclərin üzərinə böyük vəzifələr düşür. Ekologiya və təbii sərvətlər naziri bu məqsədlərin həyata keçirilməsində gənclərin rolunu vurğulayıb.

“Hər bir gənc potensial milli sərvətdir”, - deyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin vəzifələrini icra edən Edvard Karvardin iqlim dəyişikliklərinin aradan qaldırılmasında gənclərin rolundan, ətraf mühitin qorunmasının təşviq edilməsinin vacibliyindən danışıb. Bu istiqamətdə Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, IDEA-nın gördüyü işlərin sırasına iyunun 9-da daha biri əlavə olunacaq. Belə ki, İctimai Birliyin təşəbbüsü ilə Bakı çimərliyində ənənəvi təmizlik aksiyası keçiriləcək. Ekosistemin gücləndirilməsində, “yaşıl təşəbbüs”lərin təşviqində, ətraf mühitin qorunmasında kollektiv və fərdi iştirakın dəstəklənməsi məsələlərinə toxunan Edvard Karvardin birgə səylər nəticəsində bir çox məsələlərin həllinin mümkünlüyünü söyləyib.

Sonra BMT baş katibinin Dünya Ətraf Mühit Günü münasibətilə videomüraciəti nümayiş olunub.

Panel iclaslarla davam edən forumda “İqlim dəyişikliyi: adaptasiya və təsirlərin azaldılmasında gənclərin rolu” mövzusu ətrafında müzakirələr aparılıb. FAO-nun iqlim və ətraf mühit bölməsinin təbii ehtiyatlar üzrə mütəxəssisi Alaşiya Qordes “Dayanıqlı inkişaf nəsli: dəyişən iqlim şəraitində ərzaq təhlükəsizliyinin qorunması” mövzusu ilə bağlı fikirlərini bildirib. O, aclıqdan əziyyət çəkənlərin sayının artdığını təəssüflə qeyd edərək, bunun səbəblərini müharibə və iqlim dəyişikliyi ilə əlaqələndirib. Vurğulayıb ki, gənclər ərzaq təhlükəsizliyi məsələlərinin həllində daha fəal olmalıdırlar.

UNDP GEF Kür II Layihəsində baş texniki məsləhətçi və regional layihə koordinatoru Meri Mətyus “Su, iqlim dəyişikliyi və gələcəyimiz” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində bu Forum vasitəsilə gənclərə suallar ünvanlanır və məqsəd onları həmin suallara cavab tapmağa yönəltməkdir. Meri Mətyus içməli su qıtlığı, suya qənaət olunması ilə bağlı fikirlərini bölüşüb. O, su ehtiyatları ilə bağlı böyük çağırışlar olduğunu qeyd edərək, gəncləri bu problemlərdən çıxış yolu tapmağa çağırıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə potensial rolundan danışıb. Gənclərin ölkəmizdə çoxluq təşkil etdiyini qeyd edən Fərid Cəfərov onların ətraf mühitin qorunması istiqamətində görə biləcəyi işlərə nəzər salıb, Gənclər Fondunun ekoloji layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərini diqqətə çatdırıb. Bildirib ki, fond bu sahədə iki istiqamət üzrə - gənclərin ekoloji maarifləndirilməsi və onların iştirakı ilə ekoloji problemlərin aradan qaldırılması istiqamətlərində fəaliyyət göstərir.

Forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, davamlı inkişaf bir-birinə bağlı üç təməl elementini – iqtisadiyyat, cəmiyyət və ətraf mühiti əhatə edir. 2030 Gündəliyi gənclərin gündəliyidir. Belə ki, dayanıqlı inkişaf anlayışı gələcək nəsillərin sərvətlərinə xələl gətirmədən hazırkı nəslin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu Gündəlik gəncləri inkişafın əsas aparıcı qüvvəsi kimi müəyyənləşdirib. Lakin bunun üçün onlara öz potensialını reallaşdırmaq imkanı yaradılmalıdır.

“Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?” mövzusunda panel iclasın iştirakçıları flora və fauna növlərinin mühafizəsi üzrə səylərin vacibliyi və Azərbaycanda məhvolma təhlükəsi ilə qarşılaşan növlərlə bağlı vəziyyət haqqında danışıblar. Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov “Təbii dəyərlər. Azərbaycanda təbiəti mühafizənin tarixi və WWF-in töhfəsi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin biomüxtəliflik departamentinin baş məsləhətçisi Rəşad Allahverdiyev “Azərbaycanda xüsusi mühafizə edilən təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi üzrə səylər”, IDEA İctimai Birliyinin baş layihə koordinatoru Afaq Rizayeva “IDEA-nın Qafqaz regionunda biomüxtəlifliyin qorunması üzrə səyləri” mövzularında məruzələrlə çıxış ediblər.

“Davamlı enerji: insanları, iqtisadiyyatı və planeti transformasiya edərkən” mövzusunda panel iclasda Dünya Resurslar İnstitutunun (WRI) Dayanıqlı şəhərlər üzrə Türkiyə ofisinin səmərəli şəhər və iqlim bölməsinin rəhbəri Məltəm Bayraktarın “Enerji, cəmiyyət və davamlılıq”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasovun “Azərbaycanda bərpa olunan enerji mənbələri: nailiyyətlər və perspektivlər”, UNDP Azərbaycan, NAMA layihəsinin rəhbəri Nazim Məmmədovun “Binalarda enerji səmərəliliyi” mövzularında məruzələri dinlənilib.

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baramaçılıqla məşğul olan təsərrüfatlarda kümxanalar dezinfeksiya edilir

DİM: 1300-dək namizəd rezidenturaya imtahan verəcək

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində sosial medianın rolu müzakirə edilir

DİN: Ötən gün 98 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir

Yasamalın bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Səbail rayonunun bir hissəsinə içməli suyun verilişi məhdudlaşdırılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü sessiyalarla davam edir

“Tamstore” Ağdaşda ilk mağazasını açdı – açılışa özəl 100 məhsulda 50% endirim

Fərid Mansurov: "Paris-2024"ə bacardığımız qədər çox güləşçi ilə yollanmaq istəyirik

Dünya birjalarında neft bahalaşıb

Penitensiar xidmətdə görüş

DİN: Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Milli Kitabxanada “Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açılıb

Azərbaycan nefti ucuzlaşıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən 26 sürücü məsuliyyətə cəlb olunub

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir

Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb VİDEO

BBC-nin dörd qadın aparıcısı qurumu məhkəməyə verib

Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb

Çempionlar Liqası: “Borussiya Dortmund” Fransaya bir top fərqli üstünlüklə yollanacaq

Azərbaycan minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib

Türkiyədə Ermənistanda yaradılan 40 mindən çox qanunsuz onlayn kazino və bukmeker kontoru bloklanıb

Almaniyada “Freche Freunde” körpə qidasi satışdan çıxarılıb

Ankarada Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinin aktivləşdirilməsi yolları müzakirə edilib

İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib

Los-Anceles yaxınlığında zəlzələ baş verib

Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub VİDEO

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək