Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda "İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda konfrans keçirilib

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı konfransı açaraq dövlət-özəl sektor dialoqu və əməkdaşlığının davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaratdığını deyib. O bildirib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir. Qeyri-neft ixracı ilk 4 ayda 22 faiz artıb, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilib.

AmCham-ın prezidenti Nuran Kərimov qeyd edib ki, qlobal və regional səviyyədə mürəkkəb iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi" ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Özündə 260-dan çox xarici və yerli investoru birləşdirən AmCham ölkədə aparılan iqtisadi islahatlarda yaxından iştirak edir və bu proseslərə töhfəsini verir. AmCham müntəzəm olaraq Azərbaycanın biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı tövsiyələr toplusu olan "Ağ sənəd"i hazırlayır və hökumətə təqdim edir. Tövsiyələrin bir qismi hökumət tərəfindən artıq qəbul edilib.

Konfransda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib ki, iqtisadi islahatlar üzrə başlıca hədəf kimi ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi, məşğulluğun və sosial məmnunluğun təmin edilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunlar nəticəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.

“2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib. Ölkə başçısı postneft dövrü kimi xarakterizə etdiyi bu yeni iqtisadi reallıqlara vaxtında adekvat reaksiya verib və bunun nəticəsində aparılan islahatlar daha müntəzəm və sistemli xarakter alıb. Müəllifi Prezident İlham Əliyevin olduğu həmin islahatların bir neçəsini qürur hissi ilə vurğulamaq istəyirəm. Bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlərin əhatə olunduğu tam təfsilatlı strateji yol xəritələri qısa müddət ərzində hazırlanaraq təsdiqlənib. Maliyyə və makroiqtisadi koordinasiya təmin edilib, iqtisadi aktivliyi, investisiya cəlbini və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb. Bunlarla yanaşı, gömrük əməliyyatlarının çevik və şəffaf həyata keçirilməsi məqsədilə malların və nəqliyyat vasitələrinin yoxlanmasında tətbiq edilən "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi və beynəlxalq təcrübədə geniş tətbiq edilən "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin yaradılması üzrə əsaslı tədbirlər görülüb", - deyə Y.Eyyubov diqqətə çatdırıb.

Əlverişli biznes mühitinin yaradılması, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında vergi yükünün azaldılması və şəffaflığın artırılması məqsədilə vergi sahəsində də islahatlar aparıldığını deyən Yaqub Eyyubov bildirib ki, belə tədbirlərin davamlı olaraq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkədə sürətləndirilmiş iqtisadi islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiya yaradılıb. Komissiya tərəfindən ölkəmizdə biznes mühitinin daha da inkişaf etdirilməsi ilə bağlı sistemli təhlillər aparılıb, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yüksəldilməsi istiqamətində müvafiq iqtisadi və hüquqi islahatlarla bağlı təşəbbüslər göstərilib.

"Ötən dövr ərzində komissiyanın səmərəli fəaliyyəti təmin edilib, "Doing Businnes" və Qlobal Rəqabətlilik Hesabatının da daxil olduğu 5 ən nüfuzlu beynəlxalq reytinq hesabatı seçilməklə onların bütün indikatorları təmin edilərək qruplaşdırılıb, 18 istiqamət üzrə işçi qrupu yaradılıb. İşçi qruplarının fəaliyyət dairəsi maliyyə bazarları, makroiqtisadi çərçivədə effektiv idarəetmə, əmək bazarı və digər sahələri əhatə edib. Xüsusilə qeyd etmək istərdim ki, "Doing Businnes" hesabatının 9 indikatoru üzrə, o cümlədən tikintiyə icazələrin verilməsi, sərhəddə ticarət, sahibkarların elektrik şəbəkəsinə qoşulmasının asanlaşdırılması istiqamətində qanunvericilik və institusional tədbirlər görülüb", - deyə Baş nazirin birinci müavini vurğulayıb.

Y.Eyyubov ölkəmizə turist axınının daha da gücləndirilməsi, regionların turizm potensialının daha da artırılması, ölkəyə gələn turistlərin məmnunluq səviyyəsinin daha da yüksəldilməsi və gələcəkdə Azərbaycanın cəlbedici turizm mərkəzinə çevrilməsi istiqamətində bir sıra uğurlu islahatların həyata keçirildiyini bildirib.

Baş nazirin birinci müavini deyib: “Yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarının artırılması məqsədilə ölkəmizdə istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatların əks olunduğu "Azexport.az" portalı yerli sahibkarlara onların beynəlxalq tərəfdaşları ilə transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək. Azərbaycan Rəqəmsal Ticarət Qovşağı bölməsi yaradılıb və portalın real vaxt rejimində fəaliyyəti təmin edilib. Bütün bu islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub, manatın sabitliyi və etibarı bərpa edilib və bu ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru ÜDM-də 2 faiz artıb, qeyri-neft sənayesində 2,8 faiz, kənd təsərrüfatında 3,2 faiz artım olub. İxracda 41,1 faiz artım, idxalda isə 16,5 faiz azalma müşahidə edilib. Müntəzəm şəkildə həyata keçirilən iqtisadi islahatlar prosesində beynəlxalq təşkilatları, sahibkarları təmsil edən qurumların yerli və xarici biznes subyektlərinin və o cümlədən sahibkar və dövlət arasında birbaşa əlaqənin təmin edilməsində mühüm rola malik olan Azərbaycanda Amerika Ticarət Palatasının, ona üzv şirkətlərinin islahat prosesinin cəlb edilməsi və onların layihəyə dair müvafiq rəy ya təkliflərin alınması kimi ictimai iştirakçılıq mexanizmlərinin tətbiqi, bu sahədə dövlət-sahibkar münasibətlərinin uğurlu koordinasiyasının təşkilindən xəbər verir. Eyni zamanda, qəbul edilən islahat tədbirlərinin uzunmüddətli perspektivdə səmərəliliyinin daha da artırılmasına zəmin yaradır”.

Prezident İlham Əliyevin Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşünü xatırladan Y.Eyyubov qeyd edib ki, bu gün belə mötəbər tədbirin keçirilməsi də öz-özlüyündə dövlətimizin başçısı tərəfindən Azərbaycanda Amerika Ticarət Palatasının timsalında sahibkarları təmsil edən yerli və xarici təşkilatlara və sahibkarlıq subyektlərinə göstərilən dəstəyin bariz nümunəsidir. “Əminliklə qeyd etmək istəyirəm ki, ölkə başçısının rəhbərliyi altında qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanan sistem xarakterli iqtisadi islahatlar nəticəsində biz sahibkarlar və investorlarla birgə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə effektiv modelini tətbiq etmiş olacağıq", - deyə Y.Eyyubov diqqətə çatdırıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında üzən məzənnəyə keçid barədə danışaraq deyib: “Azərbaycanda artıq 5 aya yaxındır üzən məzənnə rejimi siyasəti yürüdülür. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. Bu, tam şəkildə üzən məzənnədir. Lakin müəyyən spesifik addımlar var. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatın məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq, yəni bazarda tələb və təklif arasındakı balans bunu tənzimlədi. Manatın məzənnəsi tez bir zamanda sabitləşdi və möhkəmlənməyə başladı. Hazırda valyuta bazarı normal fəaliyyət göstərir", - deyə E.Rüstəmov qeyd edib.

Keçən illərdə olduğu kimi valyuta bazarında defisitin olmadığını deyən Mərkəzi Bankın sədri iqtisadi fəaliyyət iştirakçılarının və aktorların özlərinin valyutaya olan tələblərini tam şəkildə bu bazar vasitəsilə ödəyə biləcəklərini bildirib.

E.Rüstəmov ilin sonunadək manatın ucuzlaşmasını gözləmədiyini deyib: "Yəqin ki, hər kəsi manatın məzənnəsinin perspektivləri düşündürür. Burada standart cavab ondan ibarətdir ki, bugünkü fundamental amillərə əsaslansaq, ilin sonuna kimi manatın məzənnəsi üçün hər hansı əhəmiyyətli risk görmürük. Cari büdcə ilinin sonunadək manatın məzənnəsinin möhkəmlənməsi riskləri onun ucuzlaşma risklərindən daha böyükdür".

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı diqqətə çatdırıb ki, son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşmaya nail olunub. Bu gün 5 bank nəzarət altındadır və onların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Bu proseslər bank sektorunda müəyyən stabilləşməyə əsas yaradıb. “Biz ötən ilin ortalarından bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik, yeni problemli kreditlər yaranmır, mövcud portfel qocalır. Digər tərəfdən depozitlərin nominal ifadədə hətta artımını müşahidə edirdik. Amma yüksək dollarlaşma şəraitində real müəyyən depozit axını hələ də davam edir. Təhlillər göstərir ki, bu, daha çox kiçik əmanətlər üzrədir və sosial xarakterli öhdəliklərin icrasına xidmət edir. Kapitallaşma nəticəsində Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla, bank sektorunun pozitiv kapital mühitindən çıxmasına nail olmuşuq, - deyə R.Aslanlı vurğulayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdikləri investisiya müsabiqələri barədə məlumat verib. Bildirib ki, özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard manat məbləğində investisiyalar yatırılıb, istehsalın həcmi 1,5 milyard manat artıb. Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb. Hesablamalara görə, özəlləşdirilmiş müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb. İndiyədək ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirmədə iştirak edib.

Respublikanın artıq 27 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin həyata keçirilməsinə başlanıldığını və 12 rayon üzrə işlərin başa çatdırıldığını deyən Kərəm Həsənov qeyd edib ki, aparılan işlərin son məqsədi aqrar sektorun inkişafında torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi ilə torpaqlardan düzgün və səmərəli istifadə olunması sahəsində mövcud problemlərin aradan qaldırılmasıdır.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sərhəd keçid məntəqələrində turistlər üçün xüsusi dəhlizlər yaradılacağını diqqətə çatdıraraq deyib ki, bu, ölkəyə turist axınının çoxalmasına şərait yaradacaq.

Bu ilin ilk 4 ayında ixrac və idxal əməliyyatları barədə məlumat verən A.Əliyev qeyd edib ki, həmin müddətdə təkcə avtonəqliyyat vasitələri ilə 200 min tondan çox yük daşınıb. İdxal 400 milyon ABŞ dolları civarında azalıb. Ötən illə müqayisədə qeyri-neft sektoru məhsullarının ixracında artım müşahidə olunub. Ölkədən 150 min tondan artıq əlavə qeyri-neft sektoru malları, əsasən ərzaq və tikinti məhsulları ixrac edilib. Azərbaycanın Rusiya, MDB ölkələrinə məhsulların ixracı ilə bağlı işlər görülür, hazırda da ərəb ölkələri ilə danışıqlar aparılır.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib ki, aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. Bununla belə, qlobal proseslərin milli iqtisadiyyatlara kənar təsirləri əhəmiyyətli şəkildə artıb, bir çox inkişaf etməkdə olan dövlətlər bu və ya digər dərəcədə bu təsirlərin doğurduğu fəsadlara məruz qalmaqdadır.

“Yeni inkişaf dövründə qarşıda duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq olunmasıdır. Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vergi tənzimlənməsi də mühüm yer tutur”, - deyə S.Məmmədxanov qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycandakı sənaye parklarına özəl sektor tərəfindən indiyədək 800 milyon ABŞ dollarından çox investisiya qoyulduğunu deyib: “Bu rezidentlər çərçivəsində 5 mindən çox yeni iş yeri yaradılıb. Bundan sonra sənaye parklarına 1,1 milyard dollar investisiya qoyulacağını və daha 7 min yeni iş yerinin açılacağını proqnozlaşdırırıq. Sumqayıtda 10, Balaxanıda 5 rezident fəaliyyət göstərir”.

Nazir müavini diqqətə çatdırıb ki, sənaye parkları ilə yanaşı, Azərbaycanda aqroparklar da yaradılır. Ümumilikdə, ölkənin 25 rayonunda 35 aqroparkın yaradılması nəzərdə tutulub. Bunlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu, ixracın genişlənməsinə böyük imkan yaradacaq.

Sonra çıxış edənlər vurğulayıblar ki, aparılan iqtisadi islahatlar özəl sektorun maraqlarına cavab verir. Belə ki, biznesin fəaliyyəti üçün tələb olunan prosedurların sayının getdikcə azaldılması və daha az resursun sərf edilməsi, bir çox hallarda rəqəmsallaşdırma və online xidmətlərin təklif olunması Azərbaycanın investisiya cəlbediciliyini artırır. Beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması prosesində hökumətlə birbaşa dialoqun önəmini vurğulayaraq, ölkə iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığının gücləndirilməsi, biznes mühitinin daha da münbit olması, ölkənin birbaşa xarici investisiyalar üçün daha cəlbedici və rəqabətqabiliyyətli olması üçün öz tövsiyələrini təqdim ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı