Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “BakuBuild 2016”, “AquathermBaku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir

Bakı, 19 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri - XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgilərin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı inşaat-tikinti sektoru da inkişaf edib. Eyni zamanda bu sahə ilə məşğul olan sahibkarlar üçün də münbit şərait yaradılıb.

Keçirilən beynəlxalq sərginin əhəmiyyətindən bəhs edən nazir müavini bu sərginin bir çox şirkətlərə əməkdaşlıq əlaqələri qurmaq üçün imkanlar yaratdığını, tikinti sektorunun inkişafına təkan olduğunu qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov sərgiyə yeni qoşulan şirkətləri aktiv olmağa, sərginin verdiyi imkanlardan yararlanmağa çağırıb.

O bildirib ki, dövlət başçısı İlham Əliyevin ardıcıl fəaliyyəti nəticəsində Azərbaycanın işğalda olan torpaqlarının azad olunması üçün böyük ümidlər yaranıb. Qarşıdakı illərdə Azərbaycanın işğaldan azad olunacaq torpaqlarının bərpası istiqamətində inşaatçıları böyük işlər gözləyir.

E.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycanda sosial sahələrdə dövlət investisiyaları azaldılmayacaq. Bunları nəzərə alaraq, Azərbaycanda qarşıdakı illərdə tikinti sektorunu böyük inkişaf gözləyir. Buna görə də yerli və xarici şirkətləri gələcək işlərə indidən hazırlaşmağı tövsiyə edirəm. “Məsələ burasındadır ki, sosial yaşayışın, infrastrukturun yaradılması, sosial evlərin tikilməsi böyük iqtisadi məsələdir və əsasən sosial məqsədlərə yönəldiyindən daha ucuz inşaat materialları və texnologiyalarından istifadə etmək tələb olunur”, - deyə E.Əsədov vurğulayıb.

E.Əsədov, həmçinin bildirib ki, statistikaya görə bu gün Azərbaycanda istifadə olunan tikinti materiallarının əksəriyyəti xarici ölkələrdən daxil olur: “Bunlar əsasən üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit, izolyasiya materialları və sairdir. Lakin yerli, ucuz və keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycanın tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil”.

“İTE Group” şirkətinin direktoru Edvard Stoun builki sərgidə 26 ölkəni təmsil edən 298 şirkətin iştirak etdiyini söyləyib.

“İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunur. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər. Azərbaycan şirkətləri isə sərgi eksponentlərinin 50 faizini təşkil edir ki, bu da çox sevindirici haldır. “BakuBuild 2016” sərgisinin sponsoru qismində “Corella” markası (NB Group şirkəti) və “Akkord Cement” şirkəti, informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edir”, - deyə E.Stoun vurğulayıb.

E.Stoun qeyd edib ki, ənənəvi olaraq, “BakuBuild 2016” sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunur. Bakı Ekspo Mərkəzinin qarşısındakı xarici platformada isə ən yeni inşaat texnikası nümayiş olunur.

Şirkət direktorunun sözlərinə görə, builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakıdır. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdirir.

Qeyd edək ki, “BakuBuild” sərgisi inşaat sahəsində innovativ məhsul və xidmətlərin ölkə bazarına daxil olması üçün istifadə olunan daimi kanallardan biridir. Azərbaycanda keçirilən bu sərginin iştirakçıları Bakıya həmişə eksklüziv məhsullar gətirməyə çalışır və bu məhsullar daha sonra sifarişçilərə, eləcə də digər ölkələrə çatdırılır. Bu baxımdan, “BakuBuild 2016” sərgisi də istisna deyil, belə ki, bu il bir sıra şirkətlər öz stendlərində yeni məhsullar təqdim edirlər. Bu yeniliklər, eləcə də digər məhsul və xidmətlərlə inşaat, memarlıq, dizayn və dekorasiya sənayesindəki alıcı və təchizatçıları bir araya gətirən “WorldBuild365” platformasının veb-saytında (www.worldbuild365.com) tanış olmaq mümkündür. “WorldBuild365” portalı özündə məhsulların “onlayn” kataloqu və ixtisaslaşdırılmış platforma funksiyalarını birləşdirməklə yanaşı, veb-sayt ziyarətçilərinin geniş məhsul kataloqunu təkcə sərgi dövründə deyil, həm də bütün il boyu nəzərdən keçirmələrinə, təchizatçıların isə öz məhsulları haqqında məlumatı istədikləri vaxt yükləyərək yeniləmələrinə imkan verir. Bu veb-sayta aşağıdakı link vasitəsilə daxil olmaq mümkündür: www.worldbuild365.com “WorldBuild365” platforması alıcılarla əlaqələri və mövcud kommersiya münasibətlərini dəstəkləməklə yanaşı, şəxsi görüşlər, eləcə də sərgi barədə təəssüratlar əsasında yeni əlaqələrin qurulmasına kömək edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi