İDMAN
Bakıda keçirilən beynəlxalq turnirə Moldova yığma komandasının tərkibində 14 futzalçı gələcəkdir
Kişineu, 11 fevral (AZƏRTAC). AZƏRTAC Moldovanın fmf.md portalına istinadən xəbər verir ki, ölkənin futzal üzrə yığma komandasının baş məşqçisi Vladimir Vusatı 14 oyunçunu fevralın 12-dən 17-dək Bakıda keçiriləcək beynəlxalq turnirə dəvət etmişdir.
Moldova yığma komandasının tərkibində Vasili Arlet, Aleksey Kapsamun, Aleksandr Krivoy, Oleq Xiloti, Andrey Vikolaş, Kristian Obade, Leonid Podlesnoy (hamısı “Leksmaks”dan), Eduard Xoderyan, Sergey Bajur, Aleksandr Nedostup (hər üçü “Sokol-PQU”dan), Viorel Qaybu, Oleq Qojan, Yevgeni Natskovski (“Tarsus”) və Lilian Bulikanu (“Atletiko”, Kişineu) mübarizə aparacaqlar.
Xatırladaq ki, Bakı turnirində Azərbaycanın iki komandası ilə yanaşı, Belarus, Latviya, Moldova və Özbəkistanın yığma komandaları iştirak edəcəklər.
Azərbaycan futzalçıları Latviya və Moldovadan olan rəqibləri ilə eyni qrupda oynayacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev