MƏDƏNİYYƏT
Bakıda “Klassik musiqi fləş-mobu” təşkil ediləcək
![Bakıda “Klassik musiqi fləş-mobu” təşkil ediləcək](/files/2022/2/1200x630/16524292844696016332_1200x630.jpeg)
Bakı, 13 may, AZƏRTAC
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muzeylər Günü məqsədlə mayın 14-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin və “Dəniz Mall”ın təşkilatçılığı ilə “Klassik musiqi fləş-mobu” həyata keçiriləcək. Tədbir insanlara pulsuz şəkildə klassik musiqi dinləməyə imkan verəcək və günün sonrakı saatları üçün onların əhval-ruhiyyəsini yüksəldəcək. Səslənən musiqi dinləyicilərin emosional yaddaşına təsir edərək, muzeylər haqqında fikir stereotiplərini dəyişdirəcəkdir.
Tədbirdə Prezident təqaüdçüləri, beynəlxalq müsabiqələr laureatları Üzeyir Hacıbəylinin “Arazbarı”, Corc Gerşvinin “An American in Paris” əsərlərini ifa edəcəklər.