Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Bakıda, Gülüstan Sarayında “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Türkiyə, Böyük Britaniya, Belçika, Latviya, Fransa, Filippin, Macarıstan, Gürcüstan, Polşa, Çin, Çexiya, Serbiya, Ukrayna, İspaniya, Yunanıstan və Kanada daxil olmaqla 32 ölkədən 61 nümayəndə iştirak etmişdir.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfransı açaraq demişdir ki, XXI əsr gözlənilmədən dünyanın siyasi tarixinə və gələcək taleyinə ciddi korrektələr etməyə başlamışdır. Soyuq müharibənin başlıca səbəbkarı sayılan SSRİ-nin dağılması bir çox xalqlara çoxdan gözlədikləri azadlığı bəxş etsə də, sülh və sabitlik kimi fundamental dəyərlər ciddi hədələrlə üzləşmişdir. Əmin-amanlıq və rifah içində yaşayan bir çox ölkələri bürüyən iqtisadi və maliyyə böhranı formalaşmış ənənəvi baxışlara münasibəti kökündən dəyişdirmişdir. Yeni iqtisadi və sosial çağırışlar meydana gəlmişdir ki, indi siyasətçilərin böyük səyləri onlara cavabların tapılmasına yönəlmişdir.

Ə.Əhmədov bildirmişdir ki, son 20 ilin müsbət xarakterli dəyişikliklərinin nümunəsini Azərbaycanın timsalında görmək mümkündür. Dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan Respublikası tarix baxımından qısa olan bu vaxt ərzində bütünlüklə və hərtərəfli dəyişmişdir. İndi Azərbaycanın güclü iqtisadiyyatı vardır. Son 8 il ərzində yoxsulluq 49 faizdən 9 faizə enmişdir. Yəqin ki, bu dəyişikliyin ən mühüm səbəbləri iqtisadiyyatın həmin dövr ərzində 3 dəfə artması, sosial siyasət sahəsində düzgün strategiyanın seçilməsi sayılmalıdır. Azərbaycanda həyat standartlarının yüksəlməsi inkişafın həm nəticəsi, həm də stimuludur.

Modern cəmiyyət qurmaq üçün Azərbaycanda bütün imkanlar mövcuddur. İndi ölkəmiz bu prosesin içərisindədir. Modernləşmə bizim üçün iqtisadi və sosial çağırışlara ünvanlanmış inkişaf formasıdır.

Azərbaycan zəngin neft və qaz ölkəsidir, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamaqdadır. İstəyirik ki, təbii resurslarımız insanlarımızın rifahını təmin etməklə yanaşı, davamlı inkişafa xidmət etsin. Bu isə yeniləşməyə böyük investisiya qoyuluşu vasitəsilə mümkün ola bilər.

Təəssüflər olsun ki, Azərbaycan ərazilərinin 20 faizində həyat dayanmışdır, çünki 20 ildir ki, Ermənistan bu torpaqları işğal altında saxlayır.

Həyat bizi sürətlə və hərtərəfli inteqrasiyaya məhkum etmişdir. İndi bütün dövlətlər bir-biri ilə nəinki sıx bağlıdır, həm də bir-birindən asılıdır. Dünyanın bir guşəsində baş verən ciddi proseslər zəncirvarı reaksiya doğuraraq hər yana yayılır.

Bu mənada hesab edirəm ki, “Modernləşmə siyasəti: iqtisadi və sosial çağırışlar” beynəlxalq konfransının iştirakçıları dünyanı düşündürən aktual çağırışlar ətrafında səmərəli fikir mübadiləsi apara biləcəklər. Konfransda milli təcrübələrin təqdimatı yaşadığımız dövrün aktual çağırışlarına dair diskussiyalara əməli dəstək verilməsinə gözəl bir fürsət ola bilər.

Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Konfrans iştirakçıları Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik etmişlər.

Sonra Latviyanın sabiq Prezidenti, Latviya Seyminin üzvü Valdis Zatlers konfransın əhəmiyyəti haqqında danışaraq bildirmişdir ki, bu gün bir çox ölkələr modernləşməni həyata keçirmək üçün planlar qururlar. Mən tam əminliklə deyə bilərəm ki, belə bir mötəbər tədbirin keçirilməsi üçün Azərbaycan ən münasib ölkədir. Mən dünən Azərbaycanın Dövlət Bayrağı Meydanını ziyarət etdim və bu meydanın yaradılması məndə çox böyük təəssürat doğurmuşdur. Ona görə yox ki, dünyada ən böyük bayraqlardan biri burada dalğalanır. Məhz ona görə ki, Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş ölkədir və modernləşmə istiqamətində çox mühüm addımlar atmışdır. Bu da ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsidir.

Respublikada müşahidə etdiyim müsbət dəyişikliklər Azərbaycan xalqının öz arzularını həyata keçirmək iqtidarında olduğunu bir daha sübut edir. Biz azərbaycanlı həmkarlarımızdan çox şey öyrənə bilərik və burada modernləşmə siyasəti ilə bağlı fikir mübadiləsi aparmağımız olduqca vacibdir.

“Modernləşmə” anlayışının müasir dünyamızda çox geniş yayıldığını qeyd edən V.Zatlers müzakirələrin sonunda dünyanı narahat edən və maraqlandıran bir çox suallara cavab tapılacağına ümidvar olduğunu bildirmişdir.

Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose Klaveriya de Venesiya bildirmişdir ki, hər bir ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadi problemlərin həll edilməsi, yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycanda bu problemlər artıq həllini tapmışdır.

Azərbaycanda neft və qazdan əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəldilməsini yüksək qiymətləndirən Xose Klaveriya de Venesiya Şərqi Asiyada modernləşmə prosesi haqqında ətraflı məlumat vermiş, iqtisadiyyatın, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.

Xose Klaveriya de Venesiya dünyada mövcud olan münaqişələrin həllinin də vacibliyini qeyd etmişdir. O, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək bildirmişdir ki, problem beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Sonra konfrans plenar iclaslarda davam etmişdir.

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək Azərbaycanın iqtisadi inkişaf göstəriciləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, müstəqilliyini 20 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün mükəmməl qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş, bazar institutları formalaşdırılmışdır. Modernləşmə siyasətinin səciyyəvi xüsusiyyətini ölkənin uzunmüddətli dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabət qabiliyyətli məhsulların istehsalının stimullaşdırılması təşkil edir. Nazir qeyd etmişdir ki, son 7 ildə ümumi daxili məhsul istehsalı 3 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 2,9 dəfə artmış və ölkəmiz investisiya ixracatçısına çevrilmiş, inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır.

Dünya iqtisadiyyatına inteqrasiya sürətlənmiş, ticarət tərəfdaşlarımızın sayı 147 ölkəyə çatmış, xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə artmışdır.

Hazırda ciddi iqtisadi-maliyyə böhranı ilə üzləşmiş Avropa İttifaqında büdcə kəsirinin 3 faizə qədər azaldılması əsas hədəflərdən biri kimi müəyyən edildiyi halda, Azərbaycanda son illərdə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 1 faizdən az olmuş və bu da ölkə iqtisadiyyatının qlobal çağırışlara dayanıqlılığının mühüm göstəricilərindən biridir.

Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarından artıqdır ki, bu da xarici dövlət borcunu 8 dəfədən çox üstələyir.

Ölkənin əldə etdiyi nailiyyətləri statistik rəqəmlərlə diqqətə çatdıran Ş.Mustafayev bildirmişdir ki, indi qarşıda duran başlıca vəzifə qeyri-neft sektorunun inkişafına nail olaraq, Azərbaycan iqtisadiyyatının modernləşməsi işini davam etdirməkdir.

Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati bildirmişdir ki, yeni iqtisadi və sosial çağırışlarla bağlı fikir mübadiləsi aparmaq bu günün zərurətidir. Dünyanın üzləşdiyi yeni çağırışlar istər siyasi, istərsə də iqtisadi cəhətdən qarşılıqlı asılılığı üzə çıxarır və bizdən əlaqələndirilmiş cavab tədbirlərinin görülməsini tələb edir.

R.Dati qeyd etmişdir ki, bu il müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan qısa müddətdə uğurlu islahatların həyata keçirilməsi ilə dünyada nümunəyə çevrilmişdir. Azərbaycan özünün müasirləşmə prosesindəki qətiyyətini və cəsarətini bütün dünyaya nümayiş etdirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünya dövlətlərində təkcə maraq deyil, həm də hörmət və iftixar hissi oyatmışdır. Mən bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Parisdə təşkil etdiyim mədəni və siyasi tədbirlərdə daha çox hiss etdim.

Xanım R.Dati demişdir: “Azərbaycanda iqtisadi çiçəklənmə ilə sosial inkişaf arasında tarazlıq vardır. Sizin inkişafınız biz avropalıları daha da həvəsləndirir. Avropa Azərbaycana ehtiyac duyur”.

Macarıstan Elmlər Akademiyası Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andras İnotay modernləşmənin müxtəlif üsullarından danışmışdır.

Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyan ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulamış, modernləşmə siyasətində Çinin təcrübəsindən söhbət açmışdır.

Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç qlobal iqtisadiyyatda acınacaqlı vəziyyətdən çıxış yolları məsələsinə diqqət yetirmişdir.

Gürcüstan parlamentinin birinci vitse-spikeri Mixail Maçavariani modernləşmənin dəyişiklik və innovasiya olduğunu bildirmişdir.

Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı çıxışında demişdir ki, modernləşmə siyasətindən danışarkən regional münaqişələr yaddan çıxmamalıdır. Hamıya bəllidir ki, bu konfransa ev sahibliyi edən Azərbaycan təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox insanı qaçqın və məcburi köçkün düşmüşdür. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan həm özü inkişaf edir, həm də qonşu dövlətlərə kömək göstərir, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. M.Kabakçı bütün dövlətləri və beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə kömək göstərməyə çağırmışdır.

Bolqarıstan Prezidentinin Qara dəniz məsələləri üzrə müşaviri Peter Kinev demişdir ki, dünyanın bu günü və gələcəyi ilə bağlı problemlərin həlli məsələləri tez-tez müzakirə olunmalıdır. Son illər Yaxın Şərq, Afrika və Avropada baş verən hadisələrdən xəbərdar olmaq çox vacibdir. Azərbaycana gəlincə, onu demək istəyirəm ki, ölkəniz regionda çox ciddi rola malikdir. Azərbaycan Cənubi Qafqazda regionun lider dövlətidir.

Böyük Britaniya parlamentinin üzvü lord Əhməd də konfransın əhəmiyyətini müsbət qiymətləndirmiş və demişdir ki, Azərbaycan Şərq ilə Qərb arasında çox strateji mövqedə yerləşir. Bununla yanaşı, yeni yaranan demokratik ölkələr üçün nümunə olacaq bir dövlətdir.

Ukrayna Milli Nəqliyyat Universitetinin rektoru Mikola Dmitriçenko isə yeni sosial-iqtisadi münasibətlər sistemində kadr hazırlığı məsələsinin bu mövzunun əsas aspektlərindən biri olduğunu vurğulamışdır.

İkinci, üçüncü və dördüncü plenar iclaslarda çıxış edənlər də “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusu ilə bağlı fikirlərini bölüşmüş, modernləşmənin müasir dünyanın çağırışlarla mübarizədə əsas alətlərdən biri olduğunu qeyd etmişlər.

Bildirilmişdir ki, modernləşmə siyasəti bizə iqtisadi cəhətdən güclü, demokratik dövlət yaratmağa və bu istiqamətdə islahatları həyata keçirməyə imkan verir. Böyük dəyişikliklərə və yeniliklərə yol açan modernləşmə daha çox uğurların əldə olunması deməkdir.

Geniş müzakirələrin aparıldığı konfrans öz işini başa çatdırmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub

Sertifikasiya imtahanında 13 riyaziyyat müəllimi maksimum nəticə göstərib

Qırğızıstanın Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır

Ana və qızları müəllimlərin sertifikasiyası imtahanında yüksək bal topladı

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Bu gün müəllimlərin sertifikasiyası imtahanında 8 580 nəfər iştirak edib

Pedaqoji Universitetin magistraturasına 30 ixtisaslaşma üzrə qəbul aparılır

Lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib

® Qədim tarix, müxtəlif dad, əsl ləzzət

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum olub

BDU-nun gənc tədqiqatçısı ABŞ-da azometin törəməsinin antibakterial təsirinə dair çıxış edib

Fransada parlament seçkiləri: ifrat sağçılar öndədir - Sorğu

AQTA sədri Göyçayda vətəndaşları qəbul edəcək

Naxçıvanda bütün müəllimlər sertifikatlaşdırma imtahanından uğurla keçib

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib

“Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyası çapdan çıxıb

Moskvada MDB İqtisadi Şurasının iclası olub

İnstitutun elmi jurnalının “Scopus” bazasında təsir əmsalı açıqlanıb

“Qəbələ” klubu serbiyalı məşqçi ilə müqavilə imzalayıb

“TRT Avaz” Şuşa şəhərinin bərpası və rekonstruksiyası haqqında reportaj hazırlayıb

Azərbaycanın 3 güləşçisi Dünya Seriyasının Fransa mərhələsində mübarizə aparacaq

Nazir müavini: Əlaqələndirmə komitələrinin fəaliyyəti formal xarakter daşımamalıdır

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Neftçi” Azərbaycan millisinin üzvü ilə yollarını ayırıb

Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanılıb

® “Unibank” və AZAL-dan kampaniya: Təyyarə biletini al, 6 ayadək faizsiz ödə!

Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMU-da imtahan sessiyası davam edir

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Məsumə Əliyeva

DİM magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb

Azərbaycan, İran və Rusiya arasında avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

Magistraturaya qəbul imtahanında bu il 24 min 858 bakalavr iştirak edib

Baş hakim: Məqsədimiz bölgələrdə gimnastikanı daha da inkişaf etdirməkdir

Qazaxıstanın nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi fəxri xiyabanı ziyarət edib

Bu il magistraturaya qəbul imtahanında 44 nəfər 90 və daha yuxarı bal toplayıb

Azərbaycan alimlərinin “Tətbiqi mexanika” dərs vəsaiti beynəlxalq müsabiqənin laureatı seçilib

Baş prokuror Bakının Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyib

Şamaxıda gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

“COP29-a həsr olunmuş Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçıları Zəngilan məscidində və “Ağalı” hotelində olublar VİDEO

Kənd təsərrüfatı naziri Astarada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Nərminə Həsənli: Blogerlik insanları mütaliəyə cəlb etməkdə mənə kömək edir

“Antiqona” tamaşası növbəti dəfə nümayiş olunacaq

Müəllimlər imtahandan sonra təəssüratlarını bölüşdülər: Kurikulum sualları çətin idi

Mil-Muğan regionu üzrə 450-yə yaxın müəllim sertifikatlaşdırma imtahanında iştirak edib VİDEO

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ombudsman: Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalıdır

Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı son 7 ildə 45,4 faiz artıb

IOTA-ya prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası üçün daha çox dəstək alacaq

Əziz Ələkbərli: Biz tarixi torpaqlarımıza qayıtmaqda qərarlıyıq

Daxili İşlər Nazirliyinin Hərbi İnstitutunda məzunların növbəti buraxılışı olub

Azərbaycanı Avropa çempionatında təmsil edəcək yeniyetmə boksçular açıqlanıb

Neftçalada aerobika gimnastikası üzrə ölkə çempionatı başa çatıb, qaliblər mükafatlandırılıblar

Çində leysan səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb VİDEO

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək

Türk Dövlətləri Təşkilatının böyük güc mərkəzinə çevriləcəyi qaçılmazdır ŞƏRH

BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı başa çatıb

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb

Dövlət Komissiyası: İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan iki erməni hərbçinin meyitlərinin qalıqları qarşı tərəfə verilib

Yeniyetmə voleybolçular Xaçmaz Olimpiya İdman Kompleksində yarışırlar

ÜST dünyada vəbaya yoluxma hallarının artmasından narahatdır

Tovuzda zəncirvarı qəza olub, 1 nəfər ölüb VİDEO

Moldova Prezidenti Aİ-yə üzvlüklə bağlı fərman imzalayıb

Saray və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb VİDEO

“Fənərbağça” ilk transferini reallaşdırıb, kapitanı ilə müqaviləni uzadıb

Lənkəran gəncləri Qərbi Azərbaycan həqiqətləri mövzusunda məlumatlandırılıblar

Əlcəzairdə Şuşa haqqında kitab çapdan çıxıb

“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Mingəçevirdə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

ETX alış-satış platformalarındakı dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edir

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilir 

Yeniyetmə gimnast: Böyüklər arasında ilk yarışım uğurlu alındı

BDU-ya 1400-dən çox magistrantın qəbulu proqnozlaşdırılır

Güclü küləyin bir neçə avtomobil yolunda yaratdığı problem aradan qaldırılıb

Xarici media “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantıdan yazır