Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA XVII BEYNƏLXALQ XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA, NEFT KİMYASI SƏRGİ VƏ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

BAKIDA XVII BEYNƏLXALQ XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA, NEFT KİMYASI SƏRGİ VƏ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Bakı, 1 iyun (AZƏRTAC). İyunun 1-də yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısı əvvəlcə Bakı Sərgi Mərkəzinin açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, inşasına 2008-ci ildə başlanmış sərgi mərkəzi bütün beynəlxalq standartlara cavab verir. Tikinti-quraşdırma işlərinin gedişində burada 2000-dən çox inşaatçı, o cümlədən 500-ə yaxın əcnəbi mütəxəssis çalışmışdır. İşlərin ən yüksək sürətlə aparıldığı dövrdə obyektdə çalışan fəhlə və mühəndislərin sayı 3000 nəfərə bərabər olmuşdur.

Bakı Sərgi Mərkəzinin ümumi sahəsi 9 hektardır. Mərkəzin sərgi sahəsi 12.800 kvadratmetrdir. Mərkəzi binanın ümumi sahəsi 36.163 kvadratmetr, birinci mərtəbənin ümumi sahəsi 31.797 kvadratmetr, ikinci mərtəbənin sahəsi isə 4366 kvadratmetrdir. Kompleksin giriş hissəsində sahəsi 4480 kvadratmetr, hündürlüyü 12 metr olan holl yerləşir. Kompleksdə ofislər, məlumat və mətbuat bölmələri, iclas zalı, yardımçı və texniki otaqlar, sərgi salonlarına və restorana aparan keçidlər yaradılmışdır. Sərgi mərkəzi lazımı mühəndis qurğuları və sistemləri ilə təmin edilmişdir. Binanın tikintisində müasir inşaat materiallarından və konstruksiyalarından istifadə olunmuşdur. Ərazidə avtomobil dayanacaqları inşa olunmuş, ətrafda yaşıllıq salınmışdır.

Sərgi mərkəzinin ərazisində Yaponiyanın “Nichia” firmasının istehsalı olan fırlanan media qülləsi quraşdırılmışdır. Qüllə üçbucaq formasında elektron tablolu 3 piramidadan ibarətdir. Qüllənin ümumi hündürlüyü 37 metr, hər bir piramidanın çəkisi isə 70 ton təşkil edir. Bu konstruksiya ən müasir reklam məhsulunun yüksək səviyyədə nümayiş etdirilməsinə imkan verir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak etdilər.

Sərgi və konfransı açan İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud Bakı Sərgi Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırdı. “Bu, Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlərin, bizim gördüyümüz və görə biləcəyimizi işlərin təntənəsidir”, - deyən Endryu Vud sözü Prezident İlham Əliyevə verdi.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun tədbirin iştirakçılarına təbrik məktubunu oxudu.

(Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

Gürcüstanın energetika nazirinin birinci müavini xanım Məryəm Valişvili sərgi-konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sərgi və konfrans iştirakçılarına müraciətini çatdırdı.

(Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Dhayen əl-Həmli Bakıda keçirilən sərgi-konfransın əhəmiyyətini vurğulayaraq dedi ki, ölkəsi ilə Azərbaycan arasında münasibətlər güclüdür.

Məhəmməd bin Dhayen əl-Həmli dünyada neft hasilatının ən qədim mərkəzlərindən biri olan Azərbaycanda belə mühüm bir konfransda iştirak etmək üçün dəvət olunduğuna görə minnətdarlığını bildirdi. O, Azərbaycanın müxtəlif guşələrinə səfər etmək, xalqımızın mədəniyyətini və adət-ənənələrini daha yaxından öyrənmək arzusunu diqqətə çatdırdı.

Ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini istədiyini diqqətə çatdıran nazir qeyd etdi ki, belə tədbirlər hökumət rəhbərləri, o cümlədən neft sənayesinin rəhbər işçilərinə vəziyyətlə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yeni imkanlar açır. Azərbaycan və BƏƏ bir çox oxşarlıqlara malikdir. Bizim eyni dinimiz var və hər ikimiz neft hasil edən ölkələrik. Biz ümumi platformadan çıxış edərək, xalqlarımızın rifahı üçün sənayemizi uzunmüddətli şəkildə inkişaf etdirmək niyyətindəyik.

Neft sənayesinə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Məhəmməd bin Dhayen əl-Həmli dünya neft bazarında mövcud vəziyyəti təhlil edərək bildirdi ki, dünyada neftə olan tələbat artır. O, alternativ enerji mənbələrindən istifadə imkanlarının geniş şəkildə araşdırılmasının da əhəmiyyətini vurğuladı.

Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Yusuf Yazar tədbirdə çıxış edərək bildidi ki, neft-qaz sektorunda fəaliyyət göstərən ən böyük şirkətləri bir araya gətirən konfrans və sərgi Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.

Y.Yazar qeyd etdi ki, yaxın gələcəkdə də dünyanın enerji istehlakında əsas rol karbohidrogen ehtiyatlarının payına düşəcəkdir. Karbohidrogen ehtiyatlarının axtarışı, istehsalı, daşınması və dünya bazarına çıxarılması mühüm əhəmiyyətə malikdir. Qlobal iqtisadi böhranın təsirlərinin tədricən azaldığı və iqtisadi canlanmanın əlamətlərini açıq şəkildə görməyə başladığımız vaxtda Azərbaycanda belə bir sərgi və konfransın keçirilməsi çox əhəmiyyətlidir. Sərgi bu sektorda fəaliyyət göstərən şirkətlər arasındakı əlaqələrin və əməkdaşlığın inkişafına təkan verəcək və dünya karbohidrogen mənbələrinin daha səmərəli dəyərləndirilməsinə öz töhfəsini verəcəkdir.

Türkiyə-Azərbaycan əlaqələrinə də toxunan Y.Yazar dedi ki, Azərbaycan və Türkiyə arasındakı dostluq enerji sahəsindəki əlaqələrdən daha əvvəl mövcuddur.

Y.Yazar Türkiyənin dünya enerji sektorunda oynadığı rola diqqət çəkərək bildirdi ki, Azərbaycanla qurulan əlaqələr enerji sahəsində yaranan əməkdaşlığa da ciddi təkan verib. Ölkəsinin mühüm enerji dəhlizlərindən biri olduğunu bildirən Yusuf Yazar Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin bu sırada mühüm əhəmiyyət daşıdığını dedi. Türkiyə rəsmisi bildirdi ki, Azərbaycan ilə bütün sahələrdə qurulan əməkdaşlıq dostluğa və qardaşlığa xidmət edir.

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Bakıda gördüyü dəyişikliklərdən məmnun qaldığını, yeni Sərgi Mərkəzinin istifadəyə verilməsini isə müsbət dəyişikliklərin rəmzi olduğunu diqqətə çatdırdı. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın bugünkü inkişafa çatdığını vurğulayaraq, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladı və ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

(Təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Norveç Krallığı Xarici İşlər Nazirliyinin Xəzər regionu və Orta Asiya energetika məsələləri ilə bağlı xüsusi məsləhətçisi xanım Elizabet Valaas çıxışında sərgi-konfransın əhəmiyyətini vurğuladı.

Ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini deyən qonaq, artıq 20 ildir ki, ölkələrimiz arasında iqtisadi sahədə uğurlu əməkdaşlığın qurulduğunu söylədi. Norveçin ən nüfuzlu neft şirkəti “Statoyl” Azərbaycanın neft sektorunda ikinci ən böyük sərmayədardır.

Elizabet Valaas Azərbaycanın enerji təchizatı yollarının şaxələndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi. Artıq uzun illərdir ki, Norveç şirkətlərinin Azərbaycanda neft hasilatı ilə məşğul olduğunu deyən Valaas, ölkəsinin Azərbaycanın hasilat sənayesində şəffaflıq təşəbbüsünü alqışladığını söylədi. O, Norveçin və Azərbaycanın enerji sahəsində əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekspozisiyasına baxdı.

Prezident İlham Əliyev Neft daşlarının 60 illiyini, “Əsrin müqaviləsi”ni, ARDNŞ-in axtarış-kəşfiyyat işlərini, neft və qaz hasilatını, emalını, qazmada nanotexnologiyaların tətbiqini, “Azərikimya” və “Azəriqaz” istehsalat birliklərinin fəaliyyətini əks etdirən stendlərə, Azərbaycanın təbii qaz təchizatının sxeminə baxdı. Dövlətimizin başçısına şirkətin sosial inkişaf, təhsil, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev “bp-Azərbaycan”, “Total”, ENİ, “Petkim”, TPAO, RWE, “Statoyl”, “Gastech İnternational Fz.Co”, “Tekfen” şirkətlərinin ekspozisiyaları ilə tanış oldu.

Xatırladaq ki, təməli “Əsrin müqaviləsi” ilə eyni vaxtda - 1994-cü ildə qoyulan sərgidə 17 il ərzində dünyanın 70-dən artıq ölkəsindən beş mindən çox şirkət iştirak etmişdir. Azərbaycan dövlətinin başçısının bilavasitə dəstəyi ilə keçirilən XVII Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında isə dünyanın 25 ölkəsindən təxminən 280 şirkət təmsil olunur. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 15 faiz artmışdır. Sərgi sahəsinin 40 faizdən çoxu dünyanın nüfuzlu şirkətləri tərəfindən tutulmuşdur. Bu şirkətlərin əksəriyyəti Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır. Sərgi çərçivəsində iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcəkdir.

Ümumilikdə, sərgi ekspozisiyası iki geniş zalı, eləcə də kompleksə bitişik meydançanı əhatə edir. Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq, müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru builki sərgi və konfransın xüsusi mövzusudur. Sərgi ziyarətçiləri yataqların hazırlanması və işlənilməsi, dünyanın aparıcı istehsalçılarının qazma avadanlığı və texnikaları, neft və qazın nəqli, saxlanılması və emalı bölmələri, eləcə də bir çox sahələrdə fəaliyyət göstərən şirkət və dövlət müəssisələri ilə tanış edir. Sərgi iyunun 4-dək davam edəcəkdir.

Sərgi çərçivəsində 400-dən çox nümayəndənin iştirak edəcəyi konfransın proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirlikləri nümayəndələrinin, eləcə də neft və qaz sektorunda fəaliyyət göstərən bir sıra şirkət və struktur rəhbərlərinin məruzələri daxil edilmişdir. Tədbirdə xüsusi diqqət Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit ölkə kimi artan roluna yönəldiləcəkdir. Konfrans “Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusuna həsr edilmiş sessiya ilə açılacaqdır. Burada regional və milli neft şirkətlərinin yüksək vəzifəli nümayəndələri tərəfindən strateji məsələlərin xülasəsini əks etdirən əyani təqdimatlar keçiriləcəkdir. Konfransın ikinci günü Xəzər hövzəsində enerji resurslarının kəşfiyyatı və hasilatı perspektivlərinə, eləcə də bu gün çox aktual olan “Xəzər regionunun qaz infrastrukturu. Kəmərlərin geosiyasiliyi” mövzusuna həsr ediləcəkdir.

Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra Fəxri qonaqlar kitabını imzaladı, sərgi-konfransın işinə uğurlar arzuladı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir

ADAU-da “Məzun günü” keçirilib

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb