İQTİSADİYYAT
Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal azalıb
Bakı, 2 avqust, AZƏRTAC
Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın dəyəri azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 295,6 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz azalıb. Altı ayda sənaye məhsulunun 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.
Yarım ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 117,6 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi bu sektorda istehsal olunub.