Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 28 may (AZƏRTAC). Mayın 28-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı yol qovşağının texniki göstəricilərini, paytaxtda təmir olunacaq yollar və prospektləri əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2006-cı il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.

Diqqətə çatdırıldı ki, qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci ilin sentyabrın 23-də istismara verilmişdir. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları və avtomobil yolu yerləşir. Qovşağın ikinci kompleksi isə 2010-cu il iyulun 2-də açılmışdır. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpü və körpü yanaşmalarını özündə birləşdirir. İstifadəyə hazır olan qovşağın üçüncü - son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunmuşdur.

Qeyd edildi ki, hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci Kilometr, Əhmədli, “Günəşli” yaşayış massivləri və Zığ dairəsi-hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunmuşdur. Yolun hərəkət hissəsində 4 min 565 kvadratmetr sahədə hidroizolə işləri görülmüşdür. Yerdən hündürlüyü altı metr olan ikizolaqlı yol birtərəflidir. Bu kompleksin ətrafında 2 min 500 kvadratmetr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Sonra Prezident İlham Əliyevə Bakı şəhərində təmir olunacaq yollar və prospektlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu ilin iyun-sentyabr aylarında paytaxt ərazisində ümumilikdə 75,8 kilometr yolda təmir-bərpa işləri aparılacaqdır. Yusif Səfərov küçəsi, Azadlıq və Azərbaycan prospektləri, “Şərq bazarı” ərazisi və Koroğlu Rəhimov küçələrində avtomobil yolları yenidən qurulacaqdır.

Prezident İlham Əliyev üçüncü kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.

Dövlətimizin başçısı İlham Əliyev körpüdən ətraf əraziyə baxdı. Bildirildi ki, inşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci Kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətlərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tıxac probleminin həllinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev nəqliyyatçılara və inşaatçılara uğurlar arzuladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bilyana Pantik Pilya: AŞPA monoloq əvəzinə konstruktiv dialoqa üstünlük verməlidir

Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib

İnterpolun rəisi: Ölkələr mafiyaya qarşı mübarizədə məğlub olur

Cənubi Koreya ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərcləri 8,3 faiz artıracaq

Avropa Kuboku: "Kür" komandası Yunanıstan təmsilçisinə məğlub olub

Naxçıvanda payızlıq taxıl əkinlərinə başlanılıb

Azərbaycan XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb

Londonda keçirilən etiraz aksiyalarında 15 nəfər saxlanılıb

Misli Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub

Dünyaşöhrətli alman yazıçısı: Şadam ki, yeni kitabım indi Azərbaycanda təqdim olunur

Azərbaycan xarici işlər nazirinin müavini Ankarada siyasi məsləhətləşmələrdə iştirak edib

Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək

Avropa Kuboku: "Azəryol" Ukrayna klubuna məğlub olub

Bakıda "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" layihəsinə start verilib

İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir

Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib

Azərbaycan Şahmat Federasiyası 2025-ci ilin təqvimini təsdiqləyib

Misli Premyer Liqası: “Səbail” komandası “Şamaxı”ya qalib gəlib

Alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib

Ucarda baş verən yol qəzasında piyada ölüb

Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib

“Standard and Poor’s” regionda ilk dəfə Serbiyaya investisiya kredit reytinqi təyin edib

® Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - Foto

Braziliyalı ekspert: Azərbaycan BRICS çərçivəsində yaşıl enerjinin inkişafında mühüm rol oynaya bilər - MÜSAHİBƏ

X Bakı Beynəlxalq Kitab Sərgisi: Qazaxıstanın dövlət xadiminin kitabı təqdim olunub

Bakıda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb

Cəbrayılda bərpa-quruculuq işləri Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə verəcək ŞƏRH

Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytaracaqmı?

Azərbaycanın üç gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Aİ Çinin elektrik avtomobillərinə rüsumları 45 faizə qaldıracaq

Banqladeş şirkəti Avropaya uçuşları Azərbaycan üzərindən həyata keçirir

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev AZƏRTAC-ın stendini ziyarət edib VİDEO

Danimarkada məktəblərdə smartfonların istifadəsinə məhdudiyyət tətbiq edilir

“Emirates” aviaşirkətinin təyyarələrində peycer və ratsiyalar daşınması qadağan edilib

Qazaxıstanda rəqəmsal yeniliklər gündəlik həyata rahatlıq gətirir

Azərbaycan İdman Akademiyasında Müəllimlər Günü qeyd edilib

“Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi olub

Professor Sabir Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Ahmet Özekmekçi: Azərbaycanla kitabxanaçılıq sahəsində əməkdaşlığı hər zaman üstün tutmuşuq

“Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın

Polşalı pilləkənlərlə velosipedlə tullanmaq üzrə dünya rekordu qırıb

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar

Valeri Əliyev: Azərbaycanı təbliğ etməkdən zövq alıram

Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına çağırış edib

Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb VİDEO

Katya Tsilosani: Avropa Şurasının əsas dəyəri hər bir üzv dövləti müzakirələrə cəlb etməkdir VİDEO

Türkiyəli ekspert: Ermənistanın Müstəqillik Bəyannaməsi preambulasından imtina etməsi regionda sülhə aparan yoldur

Beynəlxalq tədbirin iştirakçısı olan 100-ə yaxın prokuror Qəbələyə səfər edib

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal əldə edib

Zəngilanda yeni təməli qoyulan yaşayış məhəllələrində 511 mənzil olacaq VİDEO

X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir

"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb

Tədqiqat: İndiyədək 610 quş növünün nəsli kəsilib, növbəti iki əsrdə daha 1000 növ yox ola bilər

Gənc müəllim: Şagirdə təkcə bilik verməklə kifayətlənmək olmaz

Şuşaya bayraq asan Cəngavər: Ən ali arzuma çatmışam

Venesuelalı şair Milli Kitabxananın qonağı olub

Dünya Təhsil Forumunun direktoru: Süni intellektin təhsilə inteqrasiyası qaçınılmazdır VİDEO

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə oxucularla görüşüb

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Avropa Komissiyası Livandan qaçqın axını barədə xəbərdarlıq edib

“Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi açılıb

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Ağdamlı müəllim: İşlədiyim məktəb cəbhə xəttindən bir kilometr məsafədə yerləşirdi

“Gəncə” heyətinə yeni basketbolçu qatıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq FOTO

İki müharibədə vuruşmuş müəllim bu gün də şərəfli peşəsini davam etdirir – FOTO VİDEO

Norveçin “Geopolitika” qəzetində Azərbaycan diplomatının COP29 zamanı atəşkəs təşəbbüsü haqqında məqaləsi dərc olunub

MSK sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Azərbaycan çinli turistlərin sifarişlərinin ən çox artdığı ölkələrdəndir

“TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

Bavariyada hoteldəki yanğın nəticəsində 11 nəfər xəsarət alıb

Gürcüstanda ənənəvi “Tbilisoba” bayramı qeyd olunur

B. H. Rzayevə şiddətli töhmət elan edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Tanınmış avarçəkən Azərbaycana səfər edib

Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb

Qazaxıstanda referendumdan əvvəl “sükut günü” başlayıb

AFR-in sabiq prezidenti Ukraynaya “Taurus” raketləri verməyi təklif edib

Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb

XİN: Ermənistan XİN rəsmisinin bu ölkənin sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır

Qazaxıstanda TDT Müsəlman Dini İdarə rəhbərləri şurasının görüşü keçirilib

Yazıçı-publisist Nüşabə Məmmədlinin kitablarının təqdimatı keçirilib

Baş Prokurorluqda görüş keçirilib

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.K.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cəbrayılda alkoqolsuz içkilərin istehsalı kompleksinə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacaq VİDEO

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

Bu il İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixracı gözlənilir

Sabah hava şəraiti əsasən yağmursuz olacaq VİDEO

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

Volodimir Zelenski: Ukrayna “Ramştayn” görüşündə qələbə planını tərəfdaşlarına təqdim edəcək

Çin sərhədindən Abşerona qədər yükdaşımalarının müddəti 9 günədək azaldılıb