İDMAN
“Baku Cup 2014”də komanda yarışında ilk yarımfinalçı məlum olub
Bakı, 24 iyul (AZƏRTAC). “Baku Cup 2014”də komanda yarışında dörddəbir finalın ilk matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda Aleksandra Panova (Rusiya) və Xiter Uatson (İngiltərə) dueti Katerina Bondarenko (Rusiya) və Nikol Meliçar (ABŞ) cütlüyü ilə qarşılaşıb.
İlk setdə rəqiblər bir-birilərinə qarşı ciddi üstünlük qura bilməyiblər. Buna görə də setin qalibi tay-breykdə müəyyənləşib. Tay-breykdə daha az səhvlə oynayan A.Panova və X.Uatson ilk seti 7:6 qazanıblar. İkinci set də üstün olan A.Panova və X.Uatson cütlüyü 6:4 hesabı ilə qalib gəliblər.
Beləliklə, matçdan 2:0 qalib ayrılan Aleksandra Panova və Xiter Uatson yarımfinala yüksəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [20:16]
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
- 27.04.2024 [19:39]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 27.04.2024 [18:43]
"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO
- 27.04.2024 [18:09]
Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
- 27.04.2024 [17:30]
Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
- 27.04.2024 [16:19]
Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib
- 27.04.2024 [16:07]