REGİONLAR
Balakəndə 7,7 min hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır
![Balakəndə 7,7 min hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır](/files/2022/2/1200x630/16524272364404151849_1200x630.jpg)
Balakən, 13 may, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında dən üçün qarğıdalının əkin sahələrinin keçən ilə nisbətən 100 hektardan çox artırılaraq 7700 hektara çatdırılması nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 5710 hektar sahəyə qarğıdalı əkiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qeyd edək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Hazırda Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7577 hektar sahədən 50 min 317 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 66,4 sentner məhsul götürülüb. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 4 min tondan çox artıb.