DÜNYA
Bali adasında fəallaşan Aqunq vulkanının külü iki kilometr yüksəkliyə çatıb
Bakı, 3 iyul, AZƏRTAC
İndoneziyanın Bali adasında fəallaşan Aqunq vulkanının külü iki kilometr yüksəkliyə çatıb. Bu barədə “Jakarta Post” qəzeti məlumat yayıb. Sonuncu püskürmə çərşənbə axşamı yerli vaxtla 04:13-də baş verib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, vulkan püskürməsi iki kilometr məsafədə meşə yanğınlarına səbəb olub. Bəzi məlumatlara görə, Aqunq yaxınlığında yaşayan insanlar evlərini tərk ediblər. Bu, vulkanın ötən ilin noyabr ayında fəallaşma mərhələsinə keçməsindən bəri ən güclü püskürmə hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]