Azərbaycan Dövlət İnformasiya Agentliyi

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmiddən

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, qardaş ölkələrimiz gələcək illərdə xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün mümkün sahələri üzrə daha çox çalışacaq.

Sizə möhkəm cansağlığı, şəxsi rifah, qardaş Azərbaycan xalqına isə davamlı sülh, çiçəklənmə və inkişaf arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Md. Əbdül Həmid

Banqladeş Xalq Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin