REGİONLAR
Baytarlıq-sanitariya tələblərinə uyğun ət kəsimi məntəqələri və meyvə satışı mərkəzləri yaradılır
Bakı, 15 iyul (AZƏRTAC). Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında özəl mənbələrdən cəlb edilən investisiya qoyuluşu hesabına müasir tələblərə uyğun infrastruktur yaradılmış, fermerlərin öz məhsullarını burada heç bir maneə olmadan satmaları üçün müvafiq təşkilati işlərə nəzarət gücləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləmişdir.
Nazir qeyd etmişdir ki, eyni zamanda, baytarlıq-sanitariya tələblərinə uyğun ət kəsimi məntəqələrinin və meyvə satışı mərkəzlərinin yaradılmasına başlanılmışdır.