BBVB MAYIN 1-DƏN İSTİFADƏÇİLƏRİN YENİ TİCARƏT-HESABLAŞMA SİSTEMİNƏ MİQRASİYASINA BAŞLAYIR
Bakı Banklararası Valyuta Birjası (BBVB) mayın 1-dən istifadəçilərin yeni ticarət-hesablaşma sisteminə miqrasiyasına başlayır.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqram təminatı BBVB-nin 2002-ci ilin martında ilk dəfə təqdim etdiyi Birjanın Elektron Hərracları Sisteminin (BEHS) yeni versiyasından ibarətdir. Yeni proqram təminatı miqrasiya BEHS-in ticarət və informasiya terminallarının istifadəçilərinə aid olacaqdır. Bankların treyderləri ticarət terminalları vasitəsilə mütəşəkkil valyuta və banklararası kredit bazarlarında diler funksiyalarını həyata keçirə biləcəklər. BEHS-in yeni interfeysinin imkanları sayəsində banklar bazarın hətta yüksək olmayan likvidliyi dövründə valyuta əqdləri bağlanması ehtimalını xeyli artıran sifarişlərin yeni tipindən istifadə edə biləcəklər. Risklərin idarə edilməsini təkmilləşdirmək məqsədi ilə risk-menecerlər treyderlər arasında ticarət limitlərini müstəqil bölüşdürə biləcəklər. Bundan əlavə, BEHS-in informasiya terminalları sayəsində kredit müəssisələrinin xəzinədarları, holdinqlərin və iri korporotiv müştərilərin maliyyə direktorları, habelə kütləvi informasiya vasitələri real zaman rejimində ölkənin maliyyə bazarı seqmentlərinin monitorinqini aparmaq imkanı əldə edəcəklər.
Bu, bütün istifadəçilərin bazarlara çıxmalarına bərabər şərait yaratmağa və onları keyfiyyətli xidmətlərlə, o cümlədən hərracların, hesablaşmaların təşkili, bir sıra mühüm risklərin idarə olunması, eləcə də onların informasiya texnologiyaları ilə dəstəklənməsi üzrə xidmətlərlə təmin etməyə çalışan BEHS-in inkişaf konsepsiyasına cavab verir. BEHS-in yeni ticarət-hesablaşma sisteminin tətbiqi birjaya yeni maliyyə vasitələrindən istifadə etmək imkanı verəcəkdir. BBVB yeni texnoloji ideyaların hazırlanmasını, yeni maliyyə vasitələrinin və müştərilərə maliyyə bazarının valyuta və pul seqmentlərində göstərilən xidmətlərin tətbiqini gələcəkdə də davam etdirəcəkdir.
Qeyd etmək lazımdır ki, Birjanın Elektron Hərracları Sisteminin fəaliyyət göstərdiyi altı il ərzində BBVB-nın dövriyyəsi 7,2 milyard dolları ötmüşdür. Banklarla bağlanmış əqdlərin sayı isə 10 minə yaxınlaşır ki, bu da elektron sisteminə tələbat olduğunu göstərir. Qeyd etmək lazımdır ki, BEHS-in yeni proqram və texniki təminatı informasiya texnologiyaları təhlükəsizliyinin təmin olunması məsələlərini yeni texnoloji səviyyəyə çıxarır. Məsələn, BEHS-in istifadəçiləri elektron rəqəmli imzalardan istifadə edəcəklər. Xatırladaq ki, BBVB proqram-texniki vasitələrin modernləşdirilməsinə 2006-cı ildə başlamışdır. Birja Rusiyanın “İNİST” şirkətinə sifariş verilmiş yeni proqram təminatından başqa, müasir server və telekommunikasiya avadanlığı almışdır. Bundan əlavə, birja yaxın vaxtlarda BBVB-ni onun çoxdankı və etibarlı tərəfdaşı olan “AzAvroTel” şirkəti ilə bağlayan optik lifli kanalın buraxılış qabiliyyətini xeyli genişləndirmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [19:03]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [18:52]
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
- 05.06.2026 [18:50]
Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan
- 05.06.2026 [18:44]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:26]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [18:20]
AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
- 05.06.2026 [18:00]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:49]
“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar
- 05.06.2026 [17:47]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:40]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:38]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:37]
Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH
- 05.06.2026 [17:32]
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
- 05.06.2026 [17:31]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [17:19]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [17:17]