BDU-nun gənc alimi “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) gənc alimi Elvin Məlikov “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, E.Məlikov elmi tədqiqatla məşğul olduğu müddətdə dəfələrlə Türkiyə, Macarıstan, Avstriya, Çexiya, Gürcüstan və başqa ölkələrdə ezamiyyətlərdə olub, nüfuzlu konfrans və simpoziumlarda iştirak edib. Azərbaycanda və xarici ölkələrdə qazandığı təcrübələr sayəsində elmi tədqiqat və analitik qurğularda işləmə bacarığına malikdir. Elmi əsərləri yerli jurnallarla yanaşı, “Elsevier” nəşriyyatından olan “Thomson Reuters-Web of Science” bazasının SCI və SCI-E seriyalarına aid nüfuzlu elmi jurnallarda nəşr edilib. O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beşinci “Mobillik qrantı” müsabiqəsinin qalibi kimi Macarıstanın Szeged Universitetində təcrübə keçib. Gənc alim, həmçinin BDU-nun “50+50” qrant layihəsinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]