CƏMİYYƏT
Beş avtomobildən və mağazadan mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
Bakı, 5 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü və 36-cı polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda beş avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oktyabrın 4-nə keçən gecə mağazalardan birindən 400 manat pul, iki mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Olamadze və qardaşı yaxalanıblar.
Hər iki faktla bağlı araşdırmalar aparılır.