Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

BƏT-in baş direktoru: Azərbaycanda hökumət, işçilər və işəgötürənlər arasında dialoq üçün gözəl platforma var

BƏT-in baş direktoru: Azərbaycanda hökumət, işçilər və işəgötürənlər arasında dialoq üçün gözəl platforma var

Bakı, 1 mart, Ziya Ağazadə, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder AZƏRTAC-a eksklüziv müsahibəsində bu qurumun Azərbaycanla əməkdaşlığı, onun gələcək perspektivləri, həyata keçirilən layihələr, Azərbaycanda əmək və məşğulluq sahələrində aparılan ardıcıl və genişmiqyaslı islahatlarla bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

- 22-24 fevral tarixlərində BƏT-in təşkilatçılığı ilə keçirilmiş “İnsanlara istiqamətlənən bərpa” mövzusunda qlobal forumun nəticələrini və tədbir zamanı götürülmüş öhdəlikləri necə qiymətləndirirsiniz?

- BƏT-in təşkilatçılığı ilə keçirilmiş Qlobal Forumun əsas ideyası dövlət və hökumət başçılarını, BMT-nin Baş katibi, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri kimi beynəlxalq təşkilatların liderlərini, o cümlədən dünyanın müxtəlif dövlətlərindən olan işəgötürənlər və həmkarlar ittifaqları təşkilatlarının rəhbərlərini bir araya gətirərək, pandemiyanın yaratdığı iqtisadi və sosial böhran haqqında, həmçinin “insanlara istiqamətlənən bərpanı” təmin etmək üçün birlikdə hansı tədbirləri görməli olduğumuz barədə müzakirələr aparmaq idi.

Biz inanırıq ki, yalnız səhiyyə siyasəti və ya əmək siyasəti və yaxud maliyyə siyasəti və ya yalnız ticarət siyasəti vasitəsilə böhrandan çıxmaq üçün qənaətbəxş həll yolu tapmaq mümkün deyil. Biz bütün bu elementləri elə bir ortaq yanaşmaya inteqrasiya etməliyik ki, bu yanaşma, həmçinin beynəlxalq xarakter daşısın. Bu məqsədlə biz müxtəlif dövlətləri və beynəlxalq təşkilatları, siyasətin bütün bu aspektlərini və əlbəttə ki, BƏT olaraq işçiləri və işəgötürənləri bir platformada toplayaraq dialoqa cəlb edirik. Düşünürəm ki, bu baxımdan qlobal forum mühüm əhəmiyyət kəsb edir.

Müxtəlif təşkilatlar tərəfindən bir çox əhəmiyyətli öhdəliklər götürülüb. Biz koordinasiyalı fəaliyyəti təşviq etməliyik. Biz insanlara istiqamətlənən bərpa ilə bağlı problemləri indi daha yaxşı anlayırıq. Bu baxımdan forumun nəticələri təqdirəlayiqdir.

Onu da açıq deməliyəm ki, bu forum yalnız başlanğıcdır, son deyil, yəni yekun nəticə deyil. Bu forum bizə ambisiyalarımızı, xoş məramlarımızı bir daha vurğulamaq baxımından əla fürsət idi. İndi isə hərəkətə keçmək vaxtıdır. Amma bununla bağlı hələ qarşıda görüləsi işlər çoxdur. Hesab edirəm ki, forum bu istiqamətdə atılmış ilk və çox əhəmiyyətli bir addımdır.

- Pandemiya tədricən başa çatmaq üzrədir. COVID-19 böhranının iqtisadiyyatlara və insanlara, xüsusilə də onların məşğulluq imkanlarına və gəlirlərinin itirilməsinə təsirini göstərmək üçün konkret rəqəmlər təqdim edə bilərsinizmi? Pandemiyadan əvvəlki səviyyələrə nə vaxt qayıtmağı gözləmək olar?

- Biz pandemiyanın zəiflədiyini görürük. Baxmayaraq ki, koronavirus hələ də dünyanın bəzi ölkələrində, xüsusilə də Cənub-Şərqi Asiyada hələ də sürətlə yayılmaqdadır. Pandemiya dövründə BƏT pandemiyanın iş yerlərinə və insanların məşğulluğuna təsirini ölçməklə bağlı bir çox tədbirlər görüb. Təşkilat olaraq biz 2020-ci ildə pandemiya başlayanda faktiki iş saatının sayını, dünyada işlənmiş faktiki saatların sayını ölçməyə çalışdıq. Və nəticədə, faktiki işlənən iş vaxtı pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə azalaraq 258 milyon tam ştatlı iş ekvivalenti qədər azaldığını gördük. 2021-ci ildə azalma 125 milyon faktiki iş saatı oldu. Beləliklə, görürsünüz ki, iş yerlərinin artıq bərpa olunması müşahidə olunur. BƏT olaraq 2022-ci ildə bu rəqəmin təxminən 52 milyon faktiki iş saatı olacağını düşünürük və proqnozlaşdırırıq ki, növbəti, yəni 2023-cu ildə biz pandemiyadan əvvəlki səviyyələrə qayıda biləcəyik.

Hazırda biz iki müxtəlif sürətli bərpa prosesinə şahidlik edirik, yəni inkişaf etmiş və daha güclü iqtisadiyyata malik olan dövlətlər sürətli şəkildə pandemiyadan əvvəlki vəziyyətə qayıdırlar. Yeri gəlmişkən, Çində bu proses gedir, ancaq onların hələ də pandemiya ilə bağlı çətinlikləri var. İnkişaf etməkdə olan dövlətlərin əksəriyyətində isə bu bərpa prosesi o qədər də sürətlə getmir. Bunun isə iki səbəbi var. Bunlardan biri odur ki, varlı dövlətlərin böhran vəziyyətində bərpa prosesinə sərmayə yatırmaq üçün daha çox maliyyə resursları var. İkinci məqam ondan ibarətdir ki, varlı ölkələrdə inkişaf etməkdə olan ölkələrlə müqayisədə peyvənd əlçatanlığının yüksək səviyyədə olmasıdır. Demək olar ki, peyvənd iqtisadiyyatın bərpası üçün ilkin şərtdir. Beləliklə, bərpa prosesini yavaş, qeyri-müəyyən və qeyri-bərabər səviyyədə qiymətləndirmək olar.

- İstərdik ki, BƏT və Azərbaycan əməkdaşlığına diqqət çəkək. Siz BƏT rəhbəri olaraq bu əməkdaşlığı, Azərbaycanın sizin təşkilatla birgə iş təcrübəsini necə dəyərləndirirsiniz?

- Mən BƏT-in Azərbaycana səfər edən ilk baş direktoruyam. Bakıya səfərim zamanı Prezident İlham Əliyevlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşlərdə Azərbaycanla təşkilat arasında olan əməkdaşlığı ətraflı müzakirə etmişdim. Təqdirəlayiq hal odur ki, həm Azərbaycan, həm də BƏT tərəfdən əməkdaşlığımıza çox ümidverici münasibət mövcuddur. Sevindirici hal, həmçinin ondan ibarətdir ki, iqtisadi və sosial məsələlər üzrə milli üçtərəfli komissiya çox səmərəli fəaliyyət göstərir. Ölkədə hökumət, işçilər və işəgötürənlər arasında dialoq üçün gözəl platforma var.

- BƏT-in Azərbaycanla yeni Ölkə Proqramının hazırlanması əməkdaşlığın yeni mərhələsi olacaq. Bu sənəd BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi ilə də uyğunluq təşkil edəcək. Siz həmin proqramda prioritetlər kimi nələri görmək istərdiniz?

- Birgə gördüyümüz işlər çoxdur və ümid edirik, BƏT-in Azərbaycanla Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanmasında əməkdaşlığı da səmərəli olacaq.

Bu, 2025-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığa dair Çərçivə Sənədidir və hazırda bu sənəd təkcə hökumətlə deyil, sosial tərəfdaşlarla da müzakirə edilir. Bu, bizim gələcək əməkdaşlığımız üçün çərçivə sənədi olacaq. Gənclərə, gənclərin məşğulluğuna xüsusi diqqət yetirməklə əmək fəaliyyətində həssaslığının azaldılması, institutların və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi və həmçinin beynəlxalq əmək standartlarına hörmətin artırılması müəyyən edilmiş prioritetlərə daxildir. Beləliklə, əməkdaşlıq tarixçəmiz müsbətdir və gələcəklə bağlı yaxşı perspektivlərin olduğunu düşünürəm.

Bu sənəd BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi ilə də tam uyğunluq təşkil edəcək.

- Son illərdə gənclərin məşğulluğu sahəsində Azərbaycanla BƏT-in birgə layihələri uğurla icra olunub: “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək”, “Gənclərin məşğulluğu - öz biznesinə başla” kimi layihələr. Bu layihələrin davamı olacaqmı?

- Biz Azərbaycanda hökumətin böyük önəm verdiyi gənclərin məşğulluq imkanları, həmçinin dövlət məşğulluq xidmətlərinin müasirləşdirilməsi məsələləri ilə bağlı əməkdaşlıq etmişik. Bundan başqa, pandemiya şəraitində də vacib rolu olan qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid kimi vacib məsələdə, həmçinin Azərbaycanda sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi sahəsində də birgə işlər görmüşük.

Ölkənizdə iqtisadi fəaliyyətin və məşğulluğun şaxələndirilməsinin zəruriliyi ilə bağlı Bakıda çox səmimi söhbətlərimiz olub. Biz karbohidrogen sektorunun əhəmiyyətini başa düşürük, lakin gələcəyə hazır olmaq lazımdır. Ölkənizdə gənclərin məşğulluğu sahəsinə xüsusi önəm verilməsi məni ruhlandırır. Azərbaycan yalnız öz iqtisadiyyatının daha səmərəli fəaliyyət göstərməsi istiqamətində çalışmır, o həm də öz iqtisadiyyatını şaxələndirərək gələcəyin iqtisadiyyatını qurur. Beləliklə, uğurlu əməkdaşlığımızın əsasını təşkil edən elementlərdən biri də budur.

Gənclərin məşğulluğu sahəsində Azərbaycanla BƏT-in son illərdə uğurlu birgə layihələri icra olunub və yeni Ölkə Proqramında müəyyən edilmiş prioritetlərə uyğun olaraq biz bu cür layihələri davam etməyə hazırıq.

Azərbaycan hökumətinin çox fərqli sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində də gənclərin məşğulluğu ilə bağlı dəstəyini gördüm. Bəzən biz diqqətimizi kifayət qədər dar çərçivədə cəmləyirik, lakin mən çox şadam ki, Azərbaycan hökuməti ölkənizin müxtəlif yerlərində müxtəlif sektorlarda gənclərin məşğulluğuna böyük diqqət ayırır. Bəli, biz gənclərin məşğulluğuna xüsusi diqqət ayırmaqla Azərbaycanla bu istiqamətdə birgə işləyəcəyik.

- Pandemiya dövrü əmək bazarında sabitliyin, iş yerlərinin, əməkhaqlarının qorunmasında üçtərəfli (hökumət, həmkarlar və işəgötürənlər) sosial dialoqun, eləcə də korporativ sosial məsuliyyətin önəmini bir daha təsdiqlədi. Bunlar, yəni üçtərəflilik (tripartizm) isə BƏT-in əsas prinsipini təşkil edir. Təşkilat bu istiqamətdə hansı yeni təşəbbüslərə meyillidir.

- BƏT-in təməl prinsipini təşkil edən üçtərəflilik - hökumət, işçilər və işəgötürənlər arasında dialoqdur. Üçtərəflilik prinsipinin təcrübənin də göstərdiyi kimi yalnız ideologiya deyil, hökumət nümayəndələri ilə bir araya gələrək həll yolları istiqamətində işləmək üçün çox praktik bir alətdir. Biz sosial dialoqun effektiv işləməsini təmin etməliyik. Məncə bunun üçün əsas 2 faktor vacibdir - siyasi iradə və dialoq. Bəzi ölkələrdə hökumətlər özəl sektor və həmkarlar ittifaqları ilə birgə işləməkdə o qədər də maraqlı olmurlar. Belə olan halda, biz siyasi iradə formalaşdırmalı və üçtərəflilik prinsipinə əsaslanmalıyıq. İkincisi, biz əmin olmalıyıq ki, təşkilatların imkanları bəzən yüksək texniki və mürəkkəb problemlərin həlli ilə effektiv şəkildə məşğul olmaq üçün kifayət olsun. Beləliklə, bizim BƏT olaraq güclü və bacarıqlı həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına kömək etmək kimi öhdəliyimiz var ki, bu qurumlar həmin dialoqda təmsilçi, həm də bacarıqlı tərəfdaş kimi çıxış edə bilsinlər. Əks halda, həmin dialoq kifayət qədər effektiv olmaya bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb