MƏDƏNİYYƏT
Biləsuvarlı şagirdlərin respublikanın qərb bölgəsinə ekskursiyası başa çatdı
![Biləsuvarlı şagirdlərin respublikanın qərb bölgəsinə ekskursiyası başa çatdı](/files/2014/2/1200x630/14092440004901740028_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri qarşıladılar.
Qrupun rəhbəri, Zəhmətabad kənd ümumi məktəbinin direktoru Azər Hümbətov bildirdi ki, Azərbaycanın qərb bölgəsindən zəngin təəssüratla qayıtmışıq.
Səmədabad kənd orta məktəbinin IX sinif şagirdi Kənan Qasımlı ilk dəfə belə bir tur-aksiyada iştirak etdiyini diqqətə çatdırdı. Bildirdi ki, qədim Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında gördüklərimiz bizi heyran etdi. Gördüklərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Biz bölgənin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda iştirak edirdik. Hamımız doğma rayona böyük sevinclə qayıtmışıq.