CƏMİYYƏT
Binəqədi rayonunda quldurluq hadisəsi törədən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
Bakı, 14 aprel, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində paytaxt sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat məbləğində pulunu talaması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.