İQTİSADİYYAT
Bir neçə rayona təbii qazın verilməsində fasilələr yaranacaqdır
Bakı, 26 iyul (AZƏRTAC). Təmir işləri ilə əlaqədar iyulun 26-da saat 09:00-dan 18:00-dək “Zaqatala”, saat 09:00-dan 19:00-dək “Saatlı” və “İmişli” qazpaylayıcı stansiyaları, “Əlillər evi” ölçü qovşağında, saat 09:00-dan “Cəfərabad” avtomatik qazpaylayıcı stansiyasında, saat 10:00-dan 18:00-dək “Lənkəran” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz kəmərində, “Əskipara” avtomatik qazpaylayıcı stansiyasından qidalanan “Əskipara-1” ölçü qovşağında, “Qazaxbəyli” avtomatik qazpaylayıcı stansiyasında, saat 10:00-dan 19:00-dək “Əhmədli” qazpaylayıcı stansiyasından qidalanan “Əhmədli” qaz kəmərində, “Ramanı” qazpaylayıcı stansiyasından qidalanan “Ramanı” ölçü qovşağında, saat 10:00-dan 15:00-dək isə “Yeni Suraxanı”, “Bahar”, “Qaracuxur” qazpaylayıcı stansiyaları, “Xəzər-N” və “Şüşə sexi” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təmir işləri aparılan müddətdə Saatlı, İmişli, Suraxanı, Şəki, Zaqatala rayonlarına, Lənkəran şəhərinə, Xətai rayonunun Əhmədli qəsəbəsinə, Sabunçu rayonunun Ramanı qəsəbəsinə, Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaqdır.