İQTİSADİYYAT
Birinci rübdə “Azexport.az” portalına 132,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub
Bakı, 29 aprel, AZƏRTAC
Birinci rübdə “Azexport.az” portalına 132,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, cari ilin mart ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 48,7 milyon ABŞ dolları təşkil edib. Martda “Azexport.az” portalına ən çox ixrac sifarişi toyuq, tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və sair məhsullar daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin martın 31-nə kimi (63 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,94 milyard ABŞ dolları təşkil edib.