Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİZ BİR XALQIQ, İKİ ÖLKƏYİK
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ İLƏ ƏLAQƏDAR AZƏRTAC-IN XÜSUSİ MÜXBİRLƏRİNİN FOTOREPORTAJI

Ankaranın Esenboğa hava limanı çox təntənələrin şahidi olub, saysız-hesabsız qonaqlar qəbul edib. Amma fevralın 8-də hörmətli qonağın qarşılanma mərasimi doğma ab-havası ilə diqqəti daha çox cəlb edirdi. Həmin gün buraya toplaşan insanların sifətində də, havanın özündə də xoş bir istilik, mehribanlıq, ilıq bir intizar var idi. Gümüşü qanadlı təyyarə yerə enən kimi Esenboğa dost və qardaş ölkənin - Azərbaycan Respublikasının dövlət başçısını ən əziz qonaq kimi salamladı, bağrına basdı. Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl təyyarənin pilləkəni qarşısında Azərbaycan Prezidenti Heydər Əliyevi qolları arasına alıb qucaqladı. Nümayəndə heyətimizin üzvləri Türkiyə torpağına ayaq basdıqları andan özlərini doğma Vətəndə olduqları kimi hiss etdilər.

Azərbaycan dövlətinin başçısı qardaş ölkəyə Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə rəsmi səfərə getmişdi. Heydər Əliyev hava limanından birbaşa türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün məqbərəsinə yola düşdü. Anıtkabirdə onun məzarı üzərinə əklil qoydu, müqəddəs xatirəsini birdəqiqəlik sükutla yad etdi, xatirə kitabına öz ürək sözlərini yazdı. Daha sonra Heydər Əliyev “Əsri məzarlıq” qəbiristanına gedərək, xalqımızın görkəmli oğlu Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi.

Günün ikinci yarısında Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahında - “Çankaya” köşkündə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirildi. Ötən 70 ildə bir-birindən ayrı düşmüş iki qardaş ölkənin dövlət rəhbərləri burada bir daha hərarətlə salamlaşıb görüşdülər. Topların yaylım atəşləri altında orkestr iki respublikanın dövlət himnlərini ifa etdi, prezidentlər fəxri qarovulun sırası önündən keçib Türkiyə və Azərbaycanın bayraqları qarşısında baş əydilər.

Mərasimdən dərhal sonra hər iki prezident mətbuat işçiləri üçün bəyanat verdi. Süleyman Dəmirəl və Heydər Əliyev bir-birinə “əziz dostum, qardaşım” sözləri ilə müraciət edərək ölkələrimizin qarşılıqlı ənənələrini daha da möhkəmləndirməyin, inkişaf etdirməyin vacibliyindən danışdılar. Hər iki bəyanatda belə bir fikir ifadə olundu ki, Azərbaycan xalqı gücünü, qüvvəsini toplayaraq Ermənistanın işğalçı silahlı qüvvələrinə tezliklə layiqli cavab verəcək, öz ərazilərini düşməndən azad edəcəkdir. Bu sözlər gurultulu alqışlarla qarşılandı.

Həmin axşam “Çankaya” köşkündə Heydər Əliyevin şərəfinə böyük ziyafət verildi. Prezidentlər burada da nitq söylədilər. Qardaş xalqlarımızın şərəfinə badələr qaldırıldı.

Azərbaycan dövləti başçısının Türkiyə torpağında olduğu günlərin hər saatı, bəlkə də hər anı olduqca gərgin, səmərəli, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyan danışıqlara, görüşlərə sərf edilirdi. Elə birinci gün prezidentlərin rəhbərliyi altında ikitərəfli danışıqlar keçirildi. Bu, iki ölkə arasında muxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə imkan yaradan bir sıra mühüm sənədlərin imzalanması ilə nəticələndi.

Türkiyə Avropaya pəncərədir. İndiki inkişaf səviyyəsinə çatmaq üçün bu ölkə çox çətinliklərlə üzləşib. Tarixi keçmişi, qədim mədəniyyəti, incəsənəti ilə Şərq ölkələri arasında özünəməxsus yer tutan Türkiyə Avropanın dövlət quruculuğu təcrübəsini mükəmməl mənimsəyib. Ona görə də bugünkü Türkiyə gənc Azərbaycan Respublikası üçün həm bu ölkənin keçdiyi iqtisadi islahatlar yolunu, həm də demokratik hüquqi dövlət quruculuğu təcrübəsini öyrənmək baxımından xüsusi maraq doğurur. Odur ki, nümayəndə heyətimiz qardaş ölkədə ictimai-siyasi proseslərin axarını öyrənməyə də böyük diqqət yetirirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev ölkənin ayrı-ayrı siyasi partiyalarının liderləri ilə görüşlərə xüsusi yer ayırırdı. Türkiyənin keçmiş Prezidenti mərhum Turqut Özalın yaratdığı Ana Vətən Partiyası bu gün Türkiyədə ana müxalifət rolunu oynayır və hazırda hakimiyyətdə olan Doğru Yol Partiyası ilə ciddi rəqabət aparır. Ana Vətən Partiyasının baş katibi Məsud Yılmaz Türkiyədə tanınan nüfuzlu siyasətçilərdən biridir. Heydər Əliyev Məsud Yılmazla görüş keçirdi və onlar iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi apardılar.

Heydər Əliyev tanınmış siyasi xadim Alparslan Türkeş, Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykal ilə və digər xadimlərlə də görüşdü.

İnkişaf etmiş ölkələr sırasında olan Türkiyədə müxalifət və iqtidar münasibətlərində Qərbin nüfuzlu dövlətlərinin təcrübəsindən istifadə olunur. Hər iki tərəf ölkənin qanunlarına tabedir və dövlətin mənafeyinə zərər gətirən tədbirlərə heç kəs əl ata bilməz. Burada başlıca məqsəd hakimiyyətə kimin və yaxud hansı partiyanın gəlməsi deyil, əsas odur ki, hakimiyyətdə olan qüvvə dövlətin xarici və daxili siyasətini daha çevik həyata keçirə bilsin, ölkənin və xalqın mənafeyinə daha çox fayda verə bilsin. Hakimiyyətə gəlmək də tam demokratik şəraitdə mümkündür. Bunun üçün seçkilər əsl imtahandır. Hansı partiya öz proqramı ilə xalqı daha çox inandıra bilirsə, seçkilərdə də o qalib gəlir.

Bu mənada da Türkiyədəki siyasi proseslərin diqqətlə öyrənilməsinə Azərbaycanın hazırda böyük ehtiyacı vardır. Türkiyədə görüşdüyümüz, təmasda olduğumuz adamların bəziləri Azərbaycandakı iqtidar-müxalifət münasibətlərindən tez-tez söhbət açırdılar. Bu adamların hamısı Heydər Əliyevi dünyanın görkəmli siyasi xadimlərindən biri kimi qiymətləndirirdi. Bütövlükdə Türkiyə Cümhuriyyətində də siyasət adamlarının bir çoxunun fikri belədir ki, Azərbaycanı indiki müharibə və dərin böhran şəraitindən yalnız və yalnız Heydər Əliyev çıxara bilər.

Türkiyədə sadə adamlar da imkan düşəndə bizə yaxınlaşıb Azərbaycandakı müxalifət qüvvələrin bəzi yersiz hərəkətlərindən narahatlıqla söhbət açır və bildirirdilər ki, müharibə aparan ölkənin bütün vətəndaşları ümumxalq mənafeyinə xidmət etməli, vəzifə iddialarını kənara qoyub təcavüzkara layiqli cavab verilməsinə çalışmalı, yalnız bundan sonra öz siyasi məqsədlərinə əməl etməlidirlər.

Türkiyənin iş adamları Azərbaycana böyük maraq göstərirlər. Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadi əməkdaşlıq sahəsində ilk addımlar atılmış, iki ölkənin birgə müəssisələri fəaliyyətə başlamışdır. Lakin əlaqələrimizin daha böyük perspektivləri var. Ona görə də hər iki tərəf çoxcəhətli əməkdaşlığı daha da sıxlaşdırmaq niyyətindədir.

Azərbaycan Prezidenti Heydər Əliyev səfər müddətində işgüzar dairələrin nümayəndələri ilə görüşlərə də geniş yer ayırdı, həm Ankarada, həm də İstanbulda Türkiyə biznesmenlərinin böyük bir dəstəsi ilə görüşdü. Bu görüşlər zamanı bir daha aydın oldu ki, Türkiyənin iş adamlarının demək olar ki, hamısı Azərbaycana sərmayə qoymaq, birgə müəssisələr yaratmaq, əlaqələri daha da inkişaf etdirmək arzusundadır. Respublikamızın Prezidenti qətiyyətlə bildirdi ki, onların Azərbaycanda iş görməsi üçün hər cür şərait yaradılacaqdır. Heydər Əliyev dedi ki, biz əlaqələrin genişləndirilməsinə yol açmışıq və bundan sonra da açacağıq. Çünki Azərbaycan öz iqtisadiyyatını sərbəst iqtisadiyyat prinsipləri əsasında qurmaq və inkişaf etdirmək məramındadır. Biz çox istərdik ki, Türkiyənin iş adamları, xüsusən sənaye, kənd təsərrüfatı sahəsində, sosial sahədə mükəmməl texnologiyalara malik böyük şirkətləri, firmaları Azərbaycanın şirkətləri, iş adamları ilə, o cümlədən bizim böyük müəssisələrimizlə sıx əməkdaşlıq etsinlər. Heydər Əliyev daha sonra dedi: Azərbaycanda bunun üçün böyük imkanlar var və mən sizi bu imkanlardan səmərəli istifadə etməyə çağırıram. Çünki bunun həm iqtisadi, həm mənəvi, həm də siyasi əhəmiyyəti vardır.

Ankarada Türkiyə ilə Azərbaycan arasında 16 mühüm sənəd imzalandı. Heydər Əliyev və Süleyman Dəmirəl iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqaviləni imzaladılar. Ayrı-ayrı sahələrdə, xüsusilə iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət, gömrük əlaqələri barədə sazişlər də bağlandı.

Azərbaycan Respublikasının Prezidenti Türkiyənin Höcəttəpə Universitetinin Fəxri doktoru adına layiq görüldü. Bununla əlaqədar universitetdə keçirilən görüş səfərin ən unudulmaz hadisələrindən biri oldu. Mərasimdə dövlət başçımıza fəxri diplom təqdim olundu. Türkiyənin məşhur elm ocaqlarından biri olan Höcəttəpə Universitetinin professor-müəllim heyəti türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevə bu ali məktəbin Fəxri doktoru adı verilməsindən məmnunluqla söhbət açdılar. Azərbaycan Prezidentinin mərasimdəki çıxışı böyük diqqətlə dinlənildi.

Bilkənd Universiteti idarə heyətinin sədri, Azərbaycanın yaxın dostu İhsan Doğramacının evində Heydər Əliyev ilə görüş də yaddaqalan və unudulmaz hadisə idi.

Türkiyə səfəri zamanı Azərbaycan Prezidentinin görüşləri sübh tezdən ta gecədən xeyli keçənədək davam edirdi. Dövlətimizin başçısının Türkiyə parlamenti üzvləri ilə görüşü də səfərin mühüm hadisələrindən biridir. Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvləri qarşısında geniş nitq söylədi, Azərbaycanın müasir vəziyyətindən danışdı, iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi proqramını şərh etdi. Bu çıxış dərin maraq, böyük rəğbət doğurdu, dəfələrlə alqışlarla qarşılandı.

Heydər Əliyev Türkiyədəki xarici ölkə səfirlərinin və diplomatik heyətin üzvlərinin qarşısında da çıxış etdi. Maraqlı keçən görüşdən sonra bütün xarici diplomatlar növbə ilə Prezidentimizə yaxınlaşdılar, onunla görüşüb qısaca da olsa söhbət etdilər.

Azərbaycan Prezidentinin rəsmi səfərinə Türkiyənin bütün dairələrində, xüsusən siyasət aləmində maraq böyük idi. İstanbulda “Sülh və səbr” devizi altında keçirilmiş beynəlxalq dini konfransın bir qrup nümayəndəsi ilə görüş sübut etdi ki, dövrün bu görkəmli dövlət xadiminə dünyanın din xadimləri də rəğbət göstərirlər. Heydər Əliyev konfrans iştirakçılarına Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında geniş söhbət açdı. Prezident dedi ki, insanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Müxtəlif dinləri təmsil edən xadimlərin toplaşaraq, bütün dünya xalqlarını narahat edən bir məsələni - vicdana çağırış, sülh, səbr məsələlərini müzakirə etməsi buna canlı sübutdur. Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə, süni surətdə yaradılmış “Qarabağ problemi”nin əsl mahiyyəti barədə din xadimlərində obyektiv təsəvvür yaratdı və bildirdi ki, Azərbaycan müharibə istəmir. Biz məsələnin sülhlə həll olunmasına tərəfdarıq. Lakin təcavüzkarlar tutduqları ərazidən çıxıb getməsələr, Azərbaycan xalqı, ordumuz işğalçılara layiqli cavab verəcəkdir.

İstər Ankarada, istərsə də İstanbulda yaşayan soydaşlarımız Azərbaycan Prezidenti ilə görüş keçirməyə, söhbətlər aparmağa çox can atırdılar. Proqram nə qədər gərgin olsa da, Heydər Əliyev buna həvəslə vaxt ayırır, onlarla görüşməyə razılıq verirdi. Ankarada və İstanbulda keçirilən bu görüşlərdə Prezident respublikamızda cərəyan edən ictimai-siyasi proseslər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, müharibənin gedişi barədə geniş söhbət açdı və bildirdi ki, harada yaşayır-yaşasın, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda respublikadan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş də səmimilik, mehribanlıq, fikir birliyi şəraitində keçdi.

...Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çox uğurlu oldu, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Səfərin ən böyük uğuru budur ki, kökü bir, dili, dini bir olan xalqlarımız 70 illik ayrılıqdan sonra, bir-biri ilə sıx ünsiyyət saxlamağa imkan tapdıqdan sonra öz əlaqələrini daha da yaxınlaşdırmağa, möhkəmləndirməyə başlamışlar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Ankara-İstanbul-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır