Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BİZİ BİR-BİRİMİZDƏN HEÇ BİR QÜVVƏ AYIRA BİLMƏZ
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ UĞURLA BAŞA ÇATDI
MƏTBUATIN DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səfəri Türkiyə mətbuatında geniş işıqlandırılır. Ölkənin ən nüfuzlu mətbuat orqanları olan “Milliyyət”, “Hürriyyət”, “Cümhuriyyət”, “Zaman”, “Türkiyə” və digər qəzetlər öz səhifələrində bu səfərin əhəmiyyəti, məqsəd və nəticələri barədə dolğun və məzmunlu yazılar dərc edirlər. Mətbuat iki qardaş ölkə arasında imzalanmış sənədlərin şərhinə geniş yer verir.

“Hürriyyət” qəzeti dövlət başçıları Heydər Əliyevin və Süleyman Dəmirəlin imzaladıqları sənəddən - dostluq və hərtərəfli əməkdaşlıq haqqında Azərbaycan-Türkiyə müqaviləsindən bəhs edərək göstərir ki, bu müqaviləyə əsasən, tərəflərdən biri hər hansı ölkə və ya ölkələr tərəfindən təcavüzə məruz qaldığı halda digər tərəf bu təcavüzün qarşısını almaq məcburiyyəti qarşısında qalacaqdır. Beləliklə, bu müqaviləyə əsasən Azərbaycana hər hansı bir dövlət tərəfindən hərbi təcavüz edildiyi halda Türkiyə bunun qarşısını almaq üçün Azərbaycana kömək edəcəkdir.

Qəzetlər Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisindəki çıxışını da geniş şərh edirlər. “Cümhuriyyət” qəzeti yazır: Bu çıxışında Prezident Türkiyə və Azərbaycanın din, dil və mədəniyyətinin bir-birinə bağlı olduğunu qeyd edərək, “heç bir qüvvə keçmişdə də bizi bir-birimizdən ayıra bilmədi və bundan sonra da ayıra bilməyəcəkdir” dedi.

Qəzetlər Heydər Əliyevin Həcəttəpə Universitetində olması və ona Fəxri doktor adı verilməsi ilə əlaqədar keçirilən mərasimə də geniş yer ayırmışlar.

Türkiyə mətbuatı Prezidentimizin səfəri ilə bağlı bütün materiallarında Heydər Əliyevi türk dünyasının görkəmli siyasi xadimi kimi təqdim edir və bildirir ki, məhz onun rəhbərliyi altında Azərbaycan Ermənistanın təcavüzünə qarşı qəti tədbirlər görəcək, öz ərazi bütövlüyünü qoruyub saxlayacaq, müstəqil dövlət kimi beynəlxalq aləmdə geniş nüfuz qazanacaqdır.

İŞ ADAMLARI İLƏ GÖRÜŞ

Fevralın 11-də Heydər Əliyev öz iqamətgahında Türkiyənin bir qrup iş adamını ayrı-ayrılıqda qəbul etdi. Söhbətlər zamanı iki ölkə arasında işgüzar əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi, Türkiyənin nüfuzlu şirkətlərinin Azərbaycana investisiyalar qoymaq imkanları hərtərəfli müzakirə olundu. Qəbullarda respublikanın xarici işlər naziri Həsən Həsənov iştirak edirdi.

AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ

Fevralın 11-də İstanbulda Heydər Əliyev Türkiyə Baş nazirinin müavini, dövlət naziri Murad Karayalçı ilə görüşdü.

Sonra Azərbaycan Prezidentinin şərəfinə ziyafət verildi.

TURQUT ÖZALIN XATİRƏSİNƏ EHTİRAM

Azərbaycan Prezidenti İstanbuldan Bakıya yola düşməzdən əvvəl türk dünyasının görkəmli xadimi, ölkənin keçmiş Prezidenti Turqut Özalın qəbrini ziyarət etdi, onun məzarı önünə tər çiçək dəstələri qoydu və Turqut Özalın xatirəsini birdəqiqəlik sükutla yad etdi.

HEYDƏR ƏLİYEVİN MƏTBUAT KONFRANSI

Fevralın 11-də Azərbaycan dövlətinin başçısı İstanbuldakı mətbuat mərkəzində dünyanın əksər ölkələrindən bu səfəri işıqlandırmaq məqsədi ilə gəlmiş jurnalistlər və Türkiyənin, Azərbaycanın kütləvi informasiya vasitələrinin işçiləri üçün mətbuat konfransı keçirdi.

Heydər Əliyev Prezident Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə rəsmi səfərinin gedişindən geniş bəhs etdi və bildirdi ki, bu səfərdən məqsəd Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da genişləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Prezidenti dedi ki, Türkiyə Azərbaycanın müstəqilliyini dünya dövlətləri arasında birinci tanımışdır. Xalqlarımızın tarixi keçmişində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Dəfələrlə demişəm və bu gün yenə də qeyd edirəm ki, biz bir kökdən olan xalqlarıq. Ona görə də xalqlarımız arasında sıx əlaqələr olması təbii haldır.

Heydər Əliyev Türkiyənin Azərbaycana köməyi və yardımından da bəhs edərək dedi ki, qardaş ölkə respublikamıza təmənnasız olaraq təxminən 100 min ton taxıl vermək barədə xahişimizi müsbət qarşılamışdır və mən əminəm ki, xahişimiz yerinə yetiriləcəkdir. Xarici siyasət sahəsində də Türkiyə Azərbaycana yardımı davam etdirəcəkdir.

Respublika Prezidenti Ermənistanın Azərbaycana təcavüzündən geniş söhbət açdı, işğal olunmuş ərazilərimizdən didərgin düşmüş qaçqınların çox ağır həyat şəraiti barədə jurnalistlərdə aydın təsəvvür yaratdı. O, müharibənin dayandırılması üçün Azərbaycanın gördüyü tədbirlərdən də danışdı. Qeyd etdi ki, biz müharibənin sülh, danışıqlar yolu ilə dayandırılmasına tərəfdarıq və bunun üçün dəfələrlə təşəbbüs göstərmişik. Qarşı tərəf isə nə beynəlxalq təşkilatların, nə də dünya dövlətlərinin təsirinə məhəl qoymur, öz təcavüzkar hərəkətlərini davam etdirir. Hazırda Azərbaycan xalqı öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmışdır. Biz bir daha bildiririk ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır.

Heydər Əliyev dedi ki, Azərbaycan müstəqil dövlət kimi ümumdünya təcrübəsindən istifadə edərək demokratiya yolu ilə gedir və öz milli ənənələrinə arxalanaraq bu yolu davam etdirəcəkdir. Hazırda respublikamızda hüquqi demokratik dövlət qurulur. Azərbaycanda yaşayan hər bir vətəndaş dinindən, dilindən asılı olmayaraq eyni hüquqlara malikdir və dövlətimiz öz vətəndaşlarının hüquqlarının və insan haqlarının qorunmasına tam təminat verir. Prezident daha sonra bildirdi ki, Azərbaycan sərbəst bazar iqtisadiyyatı yolu ilə gedir və dünyanın bütün ölkələrində, o cümlədən Türkiyədə fəaliyyət göstərən işgüzar dairələrlə sıx əlaqələr yaradılmasına tərəfdardır.

Dövlət başçısı ölkəmizdəki ictimai-siyasi vəziyyət barədə də jurnalistlərə məlumat verdi, daxili və xarici siyasət sahəsində respublika rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən danışdı.

Daha sonra Heydər Əliyev jurnalistlərin çoxsaylı suallarına cavab verdi.

SƏFƏR BAŞA ÇATDI

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər İstanbul hava limanından Bakıya yola düşdülər.

Bakının Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara-İstanbul-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinn Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Latviyada Novruz bayramı qeyd olunub

Bakıda “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusunda müzakirələr aparılır

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub

Temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib

Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır

Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb

Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirilib - YENİLƏNİB

Real TV-nin 7 yaşı tamam olur

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

Martın 15-də İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü qeyd olunur

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

“Xəmsə” şadlıq evində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb VİDEO

Müfti Ravil Qaynutdin: İslam dünyası Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır

Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Xəzər və Nəsimi rayonlarında oğurluq edən iki şəxs saxlanılıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

 Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Ə.Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tomas Lamanauskas: Hazırda dünyada süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb

Rosen Plevneliyev: XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələlərdəndir

Azərbaycan futzal millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb

Yunanıstanın sabiq baş naziri: Texnologiyalar bəşəriyyətə xidmət etməlidir

Premyer Liqa: Bu gün XXVII turun növbəti oyunları keçiriləcək

Yeni ölçmə zamanı Fuci dağının daha hündür olduğu müəyyənləşib

Azərbaycanın üç boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

Mərakeşdə yaşayan Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb VİDEO

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

Zaqatalada Şıxəli Qurbanovun 100 illik yubileyi qeyd olunub

Tədqiqat: Diqqət xətalarının məkan yaddaşına təsiri aydınlaşdırılıb

Deputat: Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir

Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib

Denis Şmıqal: Ukrayna energetikasını bərpa etmək üçün təxminən 68 milyard dollar vəsait lazımdır

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Azərbaycanlı gənc pianoçu London Transport Muzeyində solo konsert verib

Almaniyada CDU/CSU, SPD və Yaşıllar 100 milyard avroluq iqlim dəyişikliyi fondunun yaradılması məsələsində razılığa gəlib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Superliqa: “Qalatasaray” üç xala darmadağınla sevinib

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

“Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac” mövzusunda panel iclas keçirilib

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb

Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub

“Güllər rüzigarı” adlı sərgi açılıb

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Tbilisidə Novruz bayramı münasibətilə tədbir keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Şamaxı” oyunu qollu heç-heçə ilə yekunlaşıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bədii qiraət müsabiqəsinin qalibləri təltif ediliblər

Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

İsveçrənin RTS kanalı Əlcəzair müharibəsi zamanı Fransanın kimyəvi silahdan istifadə etdiyini açıqlayıb

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib VİDEO

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib