SİYASƏT
BMT-nin Baş katibi Dağlıq Qarabağda vəziyyəti ATƏT-in fəaliyyətdə olan sədri ilə müzakirə edib
![BMT-nin Baş katibi Dağlıq Qarabağda vəziyyəti ATƏT-in fəaliyyətdə olan sədri ilə müzakirə edib](/files/2015/1/1200x630/14247786261794730697_1200x630.jpg)
Bakı, 24 fevral, AZƏRTAC
BMT-nin Baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitse Daçiç ilə görüşüb.
AZƏRTAC BMT xəbərlər mərkəzinə istinadla bildirir ki, BMT-nin və ATƏT-in rəhbərləri bu iki təşkilat arasında əməkdaşlıq, habelə Ukrayna, Dağlıq Qarabağ və Balkanlarda vəziyyət məsələlərini müzakirə ediblər. BMT-nin Baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT ilə ATƏT arasında tərəfdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.
Fevralın 24-də İvitsa Daçiç BMT Təhlükəsizlik Şurasında çıxış edəcək. O, Serbiyanın ATƏT-də sədrliyi dövründə prioritet məsələlər haqqında informasiya təqdim edəcək.