Fransada seçkilər: İfrat sağçılar öndədir
Paris, 27 iyun, AZƏRTAC
Fransada parlament seçkilərinin birinci turuna üç gün qalmış keçirilən sosial sorğuların nəticələri ifrat sağçıların aşkar üstünlüyünü göstərir.
AZƏRTAC xəbər verir ki, sosial sorğunun nəticələrinə görə, ifrat sağçı Milli Birlik (RN) partiyası səslərin təqribən 36 faizini toplayacaq. İPSOS sorğu institutunun “Radio France”, “France TV”, “Le Monde”, “Sciences Po Cevipof”, “Institut Montaigne” və Jean-Jaurès Fondunun sifarişi ilə keçirdiyi sorğularda ifrat sağçıların üstünlüyünün artdığı müşahidə olunur. Bir neçə gün əvvəl keçirilmiş sorğunun nəticələri ilə müqayisədə ifrat sağçıların mövqeyi daha da möhkəmlənib.
Yeni Xalq Cəbhəsi partiyası ətrafında toplaşan solçuların ittifaqı 29 faiz səslə (-0,5%) ikinci yerdə qərarlaşır. Üçüncü yerdə isə hazırkı Prezident Makronun tərəfdarları yer alır - 19,5 faiz.
Respondentlərin 60 faizi Milli Assambleyada ən çox yer qazanacaq partiyanın Milli Birlik olacağına inanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]