Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb
Bakı, 27 iyun, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, B qrupunun ikinci turunda Ekvador və Yamayka yığmaları üz-üzə gəlib. Görüş ekvadorluların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər matçında isə Venesuela Meksikanı məğlub edib – 1:0. Bununla da meksikalıların venesuelalılar üzərində 13 oyunluq məğlubiyyətsizlik seriyası da başa çatıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Venesuela seçməsi adını 1/4 finala yazdırıb. Hərəyə üç xal toplayan Ekvador ilə Yamayka yığmaları isə ikinci və üçüncü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]