İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur
Bakı, 27 iyun, AZƏRTAC
“Azərbaycan hər zaman ekoloji mühitin yaxşılaşdırılmasına diqqət göstərir. Bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi bunun növbəti nümunəsidir”.
AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Etibar Abbasov “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda deyib.
O qeyd edib ki, hazırda qarşıya qoyulan əsas hədəf tullantıları minimuma endirməkdir: “Tullantılarla bağlı həyata keçirilən fəaliyyət ucuz xammalı əldə etməyə şərait yaradır. Bu sahədə 1100-dək yeni iş yeri açılıb. Eyni zamanda, Balaxanı Sənaye Parkına marağı artırmaq üçün xüsusi güzəştlər təyin olunub. Hazırda işğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması ilə bağlı yeni infrastruktur qurulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [15:51]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 19.05.2026 [15:46]
Azərbaycanda boşanmaların sayı azalıb
- 19.05.2026 [15:43]
İşğaldan azad edilmiş ərazilərdə humanitar layihələr genişlənir
- 19.05.2026 [15:27]
İxtisası qeyri-mühəndis olan SƏTƏM mütəxəssisləri üçün təlim təşkil olunub
- 19.05.2026 [14:21]
Ölkə üzrə may ayının pensiyaları sabah tam ödəniləcək
- 19.05.2026 [13:51]