SİYASƏT
BMT-NİN XÜSUSİ KOMİSSİYASI GÜRCÜSTANA GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, BMT-nin təbiətin mühafizəsi üzrə Avropa proqramının direktoru Kristif Biuvenin rəhbərlik etdiyi xüsusi komissiya oktyabrın 1-də Gürcüstana gəlmişdir. Komissiyanın üzvləri bu ilin avqustunda Rusiya-Gürcüstan münaqişəsi zamanı Borjomi qoruğunda baş vermiş yanğının nəticələrini öyrənəcəklər. Gürcüstan ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri İrakli Qvaladze oktyabrın 1-də nümayəndə heyəti ilə görüşmüş, onlara ekoloji böhran barədə ətraflı məlumat vermişdir. Qonaqlar üçgünlük səfər zamanı Gürcüstan parlamentində, digər strukturlarda görüşlər keçirəcək, Borjomiyə gedib hadisə yerinə baxacaqlar.
Xatırladaq ki, münaqişə nəticəsində Gürcüstanın Borjomi-Xaraqauli milli parkında min hektardan çox meşə sahəsi yandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:24]
Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
- 30.04.2024 [18:43]
Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb
- 30.04.2024 [17:27]