Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçdən

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Bosniya və Herseqovina xalqı adından səmimi salamlarımızı və ölkənizin gələcək inkişafı naminə xoş arzularımızı çatdırıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında əlaqələr iki ölkənin xeyrinə inkişaf etməkdə davam edəcək.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Mladen İvaniç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin