İQTİSADİYYAT
“Böyük Bakının Regional İnkişaf Planı”nda paytaxtın perspektiv istiqamətləri əksini tapıb
![“Böyük Bakının Regional İnkişaf Planı”nda paytaxtın perspektiv istiqamətləri əksini tapıb](/files/2014/2/1200x630/14087125555448439441_1200x630.jpg)
Bakı, 9 avqust (AZƏRTAC). “Böyük Bakının Regional İnkişaf Planı” layihəsində Bakı şəhəri mühüm yer tutur. Layihədə paytaxtın iqtisadi inkişafının əsas istiqamətləri ilə bağlı bəzi təkliflər əksini tapıb.
Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov AZƏRTAC-a bildirib ki, şəhər mərkəzinin modernləşdirilməsi, Bakı metrosunun genişləndirilməsi və “Ağ şəhər” layihəsinin həyata keçirilməsi perspektiv və potensial layihələrdən sayılır.
Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında istirahət sağlamlıq kompleksinin tikilməsi layihənin əsas tərkib hissəsidir.
İ.İsbatov qeyd edib ki, 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək. Belə ki, burada uşaq qidası, zəfəran, zeytun yağının, süd məhsullarının istehsalı müəssisələrinin tikintisi planlaşdırılır.
Bununla yanaşı, ərazidə dəri məmulatlarının, idman avadanlıqları və vasitələrinin, istixana məhsullarının istehsalı üçün də əlverişli şərait vardır.