ELM VƏ TƏHSİL
Böyük Britaniyanın ölkəmizdəki səfiri tələbələrə sertifikatlar verib
Bakı, 4 noyabr, AZƏRTAC
Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp və “British Council” təşkilatının nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. Rektor Gülçöhrə Məmmədova ilə görüşən qonaqlar daha sonra “Creative Spark” layihəsi çərçivəsində keçirilən təlimlərlə maraqlanıblar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyanın Lester Universitetinin eksperti Emili Kristinin layihə çərçivəsində biznes ingilis dili, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi mövzusunda iki gün ərzində təlimlər keçib. Təlimlərdə universitetin bütün fakültələrindən seçilmiş 20 tələbə iştirak edib.
Təlimlərin sonunda səfir tələbələrə sertifikatlar təqdim edib.