ELM VƏ TƏHSİL
Böyük Qafqazın Cənub yamacında torpaq tədqiqatları aparılıb
Bakı, 9 avqust (AZƏRTAC). Akademik Məhərrəm Babayevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Böyük Qafqazın Cənub yamacında ( Zaqatala rayonu) torpaq tədqiqatları aparıblar.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, 15 gün davam edən ekspedisiyanın məqsədi Böyük Qafqazın Cənub yamaclarında torpaqların müasir vəziyyətini, onların morfogenetik dioqnostikasını müəyyən etmək, deqradasiya proseslərini öyrənmək və xəritələşdirmək olub.
Ekspedisiyada M 1:100 000 torpaq xəritəsi əsasında Zaqatala rayonunun müxtəlif yerlərində vizual müşahidələr aparılıb və 18-dək əsas və yardımçı torpaq kəsimləri qoyulub və instituta laboratoriyalarda analiz olunmaq üçün torpaq nümunələri götürülüb.