İDMAN
Bruno Bertuççi: “Neftçi” komandasında hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır
Bakı, 20 sentyabr (AZƏRTAC). Ötən turda “İnter” komandası ilə qarşılaşmada qırmızı vərəqə aldım. Oyunun gərginliyi futbolçulara da sirayət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri üzrə Topaz Premyer Liqasının yeddinci turunda “Sumqayıt” ilə qarşılaşacaq “Neftçi” komandasının futbolçusu Bruno Bertuççi demişdir.
O bildirmişdir ki, cəzalı olduğum üçün “Sumqayıt” ilə oyunda komandama kömək edə bilməyəcək. “Çempionat uzun marafon olsa da, burada hər xal üçün mübarizə aparmalısan. Ona görə də heç bir matça arxayın çıxmamalıyıq. Azarkeşlərimiz bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız vardır. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Bu səbəbdən də meydana hansı futbolçu çıxsa qələbə üçün əlindən gələni edəcəkdir”.
“Neftçi” komandası “Sumqayıt” kollektivini sentyabrın 21-də “Bakcell Arena”da qəbul edəcəkdir.