REGİONLAR
Bu tur-aksiyalar gəncliyin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Şəhərin mərkəzi meydanında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyev çıxış edərək Prezident İlham Əliyevin tapşırığı əsasında təşkil olunan bu aksiyanın yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsində mühüm rol oynadığını bildirdilər.
Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açdılar. Qeyd edildi ki, məktəblilər 4 gün ərzində İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar.
Sonra ur-aksiyada iştirak edəcək şagirdlər mərasim iştirakçılarının xeyir-duası ilə onlar üçün ayrılmış avtobusa əyləşərək İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola düşdülər.