DÜNYA
BVF və Dünya Bankının sessiyasının yekun kommünikesi Ukrayna məsələsində fikir ayrılıqlarına görə qəbul edilməyib
![BVF və Dünya Bankının sessiyasının yekun kommünikesi Ukrayna məsələsində fikir ayrılıqlarına görə qəbul edilməyib](/files/2023/1/1200x630/16815115144714729328_1200x630.jpg)
Bakı, 15 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz sessiyasının yekunlarına dair kommünike Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı fikir ayrılıqları səbəbindən qəbul olunmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC - BVF-nin idarəetmə orqanı) sədri, İspaniya Baş nazirinin müavini Nadia Kalvino bildirib.
“Biz razılaşma və ya kommünike imzalamaq üçün mümkün olan hər şeyi etdik. Təəssüf ki, müharibənin ifadəsi baxımından birliyə nail ola bilməmişik... Demək olar ki, kommunikedə ümumilikdə birliyə nail olundu. Razılaşmaq mümkün olmayan yeganə element Bali bəyanatında yer alan ifadə idi”, - Kalvinyo deyib.
Qeyd edək ki, İndoneziyanın Bali adasında keçirilən G20 sammitində qəbul edilmiş birgə bəyanata görə, G20 ölkələrinin əksəriyyəti Ukraynadakı müharibəni kəskin şəkildə pisləyir, lakin iştirakçılar arasında “bu vəziyyətlə bağlı başqa fikirlər də var”.
Kalvinyo bildirib ki, yekun sənədin olmamasına baxmayaraq, IMFC-nin əsas məsələləri, xüsusən də qlobal maliyyə təhlükəsizliyinin ən həssas ölkələrə genişləndirilməsi zərurəti ilə bağlı yekdil razılaşma əldə edilib.