CƏMİYYƏT
Cari ilin doqquz ayında Bakıda 9137 cinayət hadisəsi qeydə alınıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Cari ilin doqquz ayında Bakıda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9137 cinayət hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində ilin doqquz ayının yekunları ilə bağlı keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
Bu cinayətlərin 82,7 faizini az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3 faizini isə ağır və xüsusilə ağır növlər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adamöldürmələr 15,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma halları isə 14 faiz azalıb. Cinayətlərin 78,5 faizinin, onların ağır növlərinin 78,1 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin isə 67,8 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1314 cinayətdən 95,7 faizi, o cümlədən qəsdən adamöldürmələrin 98 faizi və adam öldürməyə cəhdlərin 100 faizi açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]