Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavanşir Təlai: Yağıntılar məhsuldarlığa yalnız müsbət təsir göstərəcək

Cavanşir Təlai: Yağıntılar məhsuldarlığa yalnız müsbət təsir göstərəcək

“Yaz qulluq işləri məhsuldarlığı müəyyən edən əsas amildir”

Bakı, 29 mart, AZƏRTAC

Hazırda əkinçilikdə yaz qulluq işlərinin qızğın vaxtıdır, yemləmə gübrələrinin verilməsi, alaqlara və ziyanvericilərə qarşı mübarizə, suvarma tədbirləri bu mərhələdə xüsusi önəm kəsb edir. AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlainin yaz qulluq işləri ilə bağlı müsahibəsini təqdim edir:

- Cavanşir müəllim, son günlər havalar yağıntılı keçir. Bu hal bitkilərə necə təsir göstərir?

- Bu dövrdə düşən yağıntılar əlbəttə ki, məhsuldarlığa yalnız müsbət təsir göstərəcək. Lakin bu yağıntıların həcmi böyük olmadığı üçün gərək fermerlər suvarmanı gecikdirməsinlər. Suvarmanın bir həftə gecikdirilməsi məhsuldarlığın 5-6 sentner aşağı düşməsinə səbəb olur. Artıq taxılda boruyaçıxma fazası başlayıb, sünbülün bünövrəsi qoyulur. Buna görə də suvarma son dərəcə vacibdir. Eyni zamanda, torpaq adamları artıq yemləmə gübrələrini veriblər, bunun ardınca suvarma getməlidir ki, bitki tərəfindən mənimsənilməsi uğurla həyata keçirilsin. Bu il qış mövsümü xeyli mülayim keçdi, fevralın axırından birinci suvarma, bir həftədən sonra isə ikinci suvarmanın vaxtıdır. Unutmasınlar ki, gələcək məhsuldarlığa bir neçə amil mühüm təsir göstərir və bunlardan ən əsası suvarmadır.

- Müşahidə edirik ki, bəzi bölgələrdə fermerlər hektara normadan artıq və ya əksinə, normadan az su buraxırlar. İlkin yazda suvarma hansı normada aparılmalıdır?

- Təəssüf ki, fermerlərin əksəriyyəti suvarmada ənənəvi metodlardan istifadə edirlər. Yəni, sahələr gölləndirilir, nəticədə bitkinin böyümə inkişafına, torpağın strukturuna zərbə dəyir. Bir hektara suvarma norması maksimum 800 kubmetrdir. Mövsümdə sahə üç dəfə suvarılsa, 2400 kubmetr kifayətdir. Fermerlərə tövsiyə edirik ki, mütərəqqi üsullardan, məsələn, tirəli səpin texnologiyasından istifadə etsinlər. Bu metodda göllənmə, sahənin təkrar şoranlaşması mümkün deyil. Tirəli əkinin müsbət xüsusiyyətləri çoxdur, bunlardan ən başlıcası suvarma suyuna 25 faiz qənaət olunmasıdır. Eyni zamanda, hektarlarla sahəni qısa vaxtda əziyyətsiz suvarıb başa çatdırmaq mümkündür.

Xatırlatmaq istərdim ki, yaz-tarla işlərinin düzgün təşkil edilməsində məsləhətə ehtiyacı olan torpaq adamları Əkinçilik İnstitutunun regionlardakı təcrübə stansiyalarına, regional aqrar elm mərkəzlərinə müraciət edə bilərlər.

- Alaqlara qarşı mübarizə necə aparılmalıdır?

- Alaqlara qarşı mübarizə hələ fevral ayından başlanmalı, mart ayı ərzində davam etdirilməlidir. Çünki, alaqlar yerdə qaldıqca mədəni bitkilərin torpaqdakı qidasına, nəmliyə “şərik” çıxır. Bu da son nəticədə məhsuldarlığı aşağı salır, zərərvericilərin, xəstəliklərin əmələ gəlməsi üçün aqrofon yaradır. Bu mənada, birləpəli və ikiləpəli alaqlara qarşı mübarizəni gecikdirmək olmaz. Mübarizə üçün optimal vaxt gecikdiriləndə dərmanların təsiri də aşağı düşür. Alaq otları kollanmadan boruya çıxma mərhələsinə başlayanda bir neçə dəfə mübarizə tədbirinin aparılması tələb olunur, bu da fermerin xərclərini artırır. Həm də alaqlara qarşı istifadə edilən herbisidlərin də istifadə vaxtı, müddəti var. Vaxtında istifadə olunmayanda herbisid də kömək etmir.

- Hektara verilən gübrə normasının düzgün idarə olunmaması problemi də var...

- Bəli, məsləhətdir ki, əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq hər hektara fiziki çəkidə 250-300 kiloqram ammonium şorası, yaxud 200 kiloqrama qədər karbamid verilsin. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir. Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda erkən yazda bitkilərə əlavə gübrə şəklində mineral gübrələr verilənə qədər onların qidaya tələbatını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir. Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Çünki, bu zaman daxildə sünbül hələ formalaşmır. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır. Bu baxımdan gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır.

- Yaz qulluq işlərinin optimal vaxtı nə zaman başa çatmalıdır?

- Aran bölgələri üçün artıq aprel ayının əvvəli yaz qulluq işləri yekunlaşmalıdır. Dağlıq, dağətəyi bölgələrdə isə taxılda boruya çıxma mərhələsi başlamayıb, kollanma fazasında olduğu üçün müəyyən qədər vaxt var. Aprelin 15-ə qədər qeyd etdiyimiz tədbirləri həyata keçirmək olar. Lakin aran bölgələri üçün sayılı günlər qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir