Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Astara, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC 

Noyabrın 8-də Astara şəhərindəki Gənclər Evinin qarşısında Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının gənclər birliyinin sədri Tural Eyvazov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Əskərov Dövlət Bayrağı Günü ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Yetmiş ildən sonra, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, üçrəngli bayrağımızı Dövlət bayrağı elan edib.

Diqqətə çatdırılıb ki, Astara rayonunda iki yerdə - şəhərdə və Kijəbə qəsəbəsində Dövlət bayrağı ucaldılıb. Rayonun giriş qapısı olan Çayoba kəndində dalğalanan Dövlət bayrağı isə bu məkana qədəm qoyan hər kəsi heyran edir.

Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, dövlət bayrağımızın ölkəmizin hər yerində olduğu kimi, Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə edilib.

Tədbir iştirakçıları Bayraq Meydanında dövlət rəmzlərini əks etdirən əl işlərindən ibarət sərgi, Gənclər Evində fəaliyyət göstərən Bayraq Muzeyində tarixi Azərbaycan bayraqları, döş nişanları, qədim pul vahidləri ilə tanış olublar.

X X X

Noyabrın 8-də Masallı şəhərində yeni salınmış Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin qarşısında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Dövlət Bayrağı Günü ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 3-də Masallı rayonuna səfəri çərçivəsində Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışından sonra bu gün burada ilk tədbir keçirilir.

Bildirilib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də, üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli, ay-ulduzlu bayrağımız yenidən ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandırılıb, 1991-ci ildə isə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edilib.

Çıxış edən Binə Xocavar kənd orta məktəbinin müəllimi Ülvi Rufullayev, Qadın Resurs Mərkəzinin üzvü Nərmin Dəyyanova ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsində Masallı Rayon Mədəniyyət Mərkəzinin, "Halay" folklor xalq kollektivinin, Heydər Əliyev Mərkəzinin rəqs qrupunun üzvləri, uşaq-incəsənət məktəbinin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

X X X

Noyabrın 8-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edərək, Dövlət bayrağımızın yaranma tarixindən danışıb.

Tədbirdə Azərbaycan bayrağının müasir dövlətçiliyimizdə oynadığı rolu əks etdirən videoçarx nümayiş etdirilib.

Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov üçrəngli bayrağımızın Azərbaycan dövlətçiliyi tarixində oynadığı roldan söz açıb.

Sonra çıxış edənlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində milli atributlarımızın, dövlət rəmzlərimizin təbliğinin önəmindən danışıblar.

X X X

Noyabrın 8-də Lerik Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, 50-yə yaxın rayon sakininin qatıldığı yürüşə şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin qarşısından start verilib. Veloyürüş Heydər Əliyev Meydanında şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatıb.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önündə Azərbaycanın Dövlət himnini sakinlərlə birgə səsləndiriblər.

Sonra veloyürüş iştirakçıları Lerik rayon Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Gününə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Yürüş iştirakçılarına rayon gənclər və idman idarəsinin fəxri fərmanları verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb