Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumadan
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimə və arzularıma Cənubi Afrika Respublikasının xalqı və hökuməti də qoşulur.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli dostluq münasibətləri daha da möhkəmlənəcək və genişlənəcək.
Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Ceykob Zuma
Cənubi Afrika Respublikasının Prezidenti