DÜNYA
Çexiya iqtisadiyyatı yüksəliş mərhələsindədir
Praqa, 29 avqust, AZƏRTAC
Çexiya Statistika Bürosunun dərc etdiyi məlumatlar ölkə iqtisadiyyatının sürətlə artmasını təsdiq edir. Cari ilin ikinci rübündə ümumi daxili məhsul (ÜDM) 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artıb. Bu, 2007-ci ildən bəri ən yaxşı göstəricidir. Ən yüksək artım emal sənayesində (7 faiz), habelə elmi-texniki sahədə (5,9 faiz) qeydə alınıb.
İqtisadiyyatın artmasında Aİ fondları hesabına maliyyələşdirmənin düzgün nizamlanması da mühüm rol oynayır. Göstərilən müddətdə Aİ fondlarından 30,2 milyard kron, yəni 1 milyard avrodan artıq vəsait alınıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]