İDMAN
Çimərlik futbolu üzrə “Avropa Kuboku Bakı-2014” turniri başlayıb
Bakı, 28 avqust (AZƏRTAC). Avqustun 28-də “Jumeirah Bilgah Beach”də çimərlik futbolu üzrə “Avropa Kuboku - Bakı-2014” turniri başlayıb.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edirlər.
Turnirin ilk günündə iki oyun keçirilib.
Əvvəlcə meydana İsveçrə və Yunanıstan komandaları çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyun İsveçrənin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə İspaniya və Macarıstan kollektivləri üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İspaniya millisi 6:4 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [14:08]
Azərbaycan millisinin aparıcı futbolçusu əməliyyat olunub
- 01.07.2024 [13:50]
Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub
- 01.07.2024 [13:18]
Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olub
- 01.07.2024 [12:57]
Azərbaycan cüdoçusu “Asiya uşaqları” Oyunlarının qalibi olub
- 01.07.2024 [11:27]
Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib
- 01.07.2024 [11:02]