İQTİSADİYYAT
Çin öz şirkətlərinə Avropanın “Aırbus” təyyarələrini almağı qadağan etmişdir
Bakı, 9 mart (AZƏRTAC). Avropa Komissiyasının havanın çirklənməsinə - aviaşirkətlərin Avropa üzərində zəhərli tullantılarına görə cərimələr tətbiq etməsi ilə əlaqədar olaraq dünyada ticarət müharibəsi başlanmışdır.
AZƏRTAC xəbər verir ki, Avropa Aerokosmos və Müdafiə Konserninin (EADS) başçısı Lui Qalua demişdir: Çin hökuməti öz şirkətlərinə “Aırbus” təyyarələrini almağı qadağan etmişdir. Bu, 2012-ci və 2013-cü illərdə ən azı iyirmi “Aırbus A-330” laynerinin satışını təhlükə qarşısında qoya bilər.
EADS artıq “havanın çirkləndirilməsinə görə” cərimələri ləğv etməyə çağırmışdır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) üzvü olan 36 ölkədən 26-sı bu cərimələr əleyhinə çıxmışdır.