Çinin bir neçə mobil rabitə operatoru e-SIM xidmətini aktivləşdirib
Pekin, 15 oktyabr, AZƏRTAC
Çinin 3 ən böyük telekommunikasiya operatoru olan “China Mobile”, “China Unicom” və “China Telecom” smartfonlar üçün e-SIM xidmətini işə salıb.
AZƏRTAC xəbər verir ki, xidmətin aktiv edilməsi Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq icazəsi ilə mümkün olub.
Ekspertlər hesab edir ki, e-SIM Çinin tam rəqəmsal mobil ekosistemə keçməsi üçün vacib addımdır.
Qeyd edək ki, e-SIM ənənəvi fiziki SİM-kartın rəqəmsal alternativdir. İstifadəçilər operatorların proqram təminatını cihazlarına yükləyərək xidməti aktivləşdirə bilərlər. Bu texnologiya istifadəçilərə mağazaya getmədən və ya kartları dəyişdirmədən operatorları dəyişdirməyə, birdən çox profili idarə etməyə və ya xidməti uzaqdan aktivləşdirməyə imkan verir. e-SIM Avropa, ABŞ və Asiyanın bəzi bölgələrində geniş yayılıb.
Çin dünyada ən çox smartfon istifadəçisi (təxminən 1 milyard nəfər) olan ölkədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [23:46]
ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]