Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Tovuz, 3 iyun, AZƏRTAC
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil ilə “Mitsubishi Pajero” markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib, xəsarət alan var.
Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu