Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib
London, 20 avqust, AZƏRTAC
Yüksəkriskli melanoma xəstələri üçün hazırlanmış fərdiləşdirilmiş yeni vaksin klinik sınaq zamanı xərçəngin təkrarlanmasının qarşısını almaqda ümidverici nəticələr göstərib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Merck & Co” və “Moderna” şirkətləri tərəfindən hazırlanan “Intismeran” vaksini dəri xərçənginin bir növü olan melanoma səbəbindən əməliyyat keçirmiş yüksəkriskli xəstələrə verilib. Vaksin xərçəngin müalicəsində artıq istifadə edilən “Keytruda” immunoterapiya preparatı ilə birlikdə tətbiq olunub. İlkin nəticələr bu müalicənin xəstələrin xərçəngsiz qaldığı müddəti uzatdığını göstərir. Lakin bu təsirin nə qədər davam etdiyi hələ məlum deyil.
Xərçəng üzrə mütəxəssislər nəticələri mühüm irəliləyiş kimi qiymətləndirsələr də, ehtiyatlı olmağa çağırırlar. Belə ki, sınağın tam nəticələri hələ açıqlanmayıb və müstəqil ekspertlər tərəfindən elmi qiymətləndirmədən keçirilməyib. Sınaqlar uğurla başa çatsa belə, müalicənin istifadəyə verilməsi üçün tənzimləyici qurumların təsdiqi tələb olunacaq. Bundan sonra preparatın Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində istifadəyə verilməsi üçün əlavə təsdiq prosesindən keçməsi lazım gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]