Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülnarə Səfərova: Azərbaycan musiqisinin təbliği xaricdə yaşayan soydaşlarımızın ən mühüm missiyasıdır

Bakı, 20 avqust, AZƏRTAC

Bu ilin yayında Tokioda “Zaman və məkanın fövqündə klassik musiqi. Azərbaycandan dünyaya” (“Classical Music Beyond Time and Space from Azerbaijan to the World”) adlı böyük konsert keçirilib. Konsertdə Azərbaycan, Yaponiya və Avropa bəstəkarlarının əsərləri təqdim olunub. Konsertin təşkilatçısı, proqram tərtibçisi, həmçinin gecənin solisti Azərbaycan pianoçusu Gülnarə Səfərova olub. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində keçirilən tədbir barədə danışıb.

“Konsertdə 600-dən çox tamaşaçı iştirak edirdi. Onların əksəriyyəti yaponlar, eləcə də Yaponiyada yaşayan əcnəbilər və diplomatik korpusun nümayəndələri idi. Konsertə əsas dəstəyi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi göstərdi və buna görə onlara səmimi təşəkkürümü bildirirəm. Konsertin reklamına Yaponiyadakı Azərbaycan səfirliyi, Zama şəhərinin Beynəlxalq Mədəni Əlaqələr Assosiasiyası, “ZEN-ON” not nəşriyyatı, həmçinin Yaponiyanın ən böyük musiqi şirkətlərindən biri olan “Kawai” kömək etdi. Bundan başqa, hər il konsertlərimizə gələn klassik musiqi həvəskarları da həmişə olduğu kimi bizə dəstək oldular”, - deyə G.Səfərova bildirib.

Tədbirdə dirijor Kenta Minovun idarə etdiyi kamera ansamblı ilə yanaşı, Yaponiyada Azərbaycanın uşaqlar üçün yazılmış fortepiano əsərlərini ifa edən ilk pianoçu — bir neçə beynəlxalq müsabiqənin laureatı iştirak edib. Gülnarə Səfərova ilə yanaşı, konsertin solistləri Brüssel Konservatoriyasının məzunu olan yapon pianoçu Kosuke Nara və Milan Konservatoriyasında təcrübə keçən vokalçı Taişö Kato olub.

Həmsöhbətimizin sözlərinə görə, konsert proqramı üç hissədən ibarət olub: “Birinci hissədə diskimdə yer alan əsərləri ifa etdik. Bu, Asiyada Azərbaycan bəstəkarı Qara Qarayevin musiqilərindən ibarət ilk diskdir və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub. Layihənin təşkilati, yaradıcı və ifaçılıq işlərini üzərimə götürmüşdüm. Çox çətin, böyük mənəvi və fiziki səylər tələb edən bir proses olsa da, sonda uğurlu bir iş ərsəyə gəldi. Diskdə bəstəkarın yalnız fortepiano əsərləri deyil, həmçinin kvartetləri, skripka və digər kompozisiyaları da yer alıb”.

Konsertin ikinci hissəsi Qərbi və Şərqi Avropa klassik musiqisinə həsr olunmuşdu. Bu hissədə Şopen, Raxmaninov, Franse və Tostinin əsərləri səsləndirildi.

Nəhayət, üçüncü hissədə Azərbaycan musiqisinə qayıtdıq və onu yapon bəstəkarları Rentaro Taki, Kozaburo Hiray, Yasuhiro Kasamatsu və digər bəstəkarların görkəmli əsərləri ilə birləşdirdik. Bu hissədə əsasən vokal musiqi təqdim olundu. Burada Fərhad Bədəlbəylinin “Ave Mariya” əsəri səsləndirildi, həmçinin Fikrət Əmirovun “Gülüm” mahnısı ilk dəfə ifa edildi. Konsertdə xor kapellası da iştirak etdi və möhtəşəm çıxış etdi”.

G.Səfərovanın sözlərinə görə, tamaşaçılar konsertdən çox razı qalıblar.

“Konsertdən sonra tamaşaçıların doldurduqları anketlərdə çoxlu təbrik və xoş sözlər yer almışdı. İfaçılardan tutmuş aparıcıya və komandamızın köməkçilərinə qədər konsertin bütün iştirakçıları birlikdə böyük, möhtəşəm musiqi bayramı yaratdıq.

Konsert günü, həmçinin foyedə Yaponiyada həyata keçirdiyimiz və hazırda da davam etdirdiyimiz musiqi fəaliyyətimizi əks etdirən kiçik fotosərgi təqdim etdik. Bura bütün konsertlərimiz, xeyriyyəçilik fəaliyyətimiz və digər işlərimiz daxil idi. Fotosərgimizin əsasını Yaponiyada Azərbaycan musiqisini təbliğ edən layihələrimiz təşkil edirdi.

Qeyd etmək istərdim ki, çoxəsrlik milli mədəniyyətimizin tərkib hissəsi olan Azərbaycan musiqisinin təbliği xaricdə yaşayan soydaşlarımızın ən mühüm missiyasıdır. Əlbəttə, hər hansı yeni işə başlamaq həmişə çətindir, xüsusilə də Yaponiya kimi bir ölkədə. Çünki yaxın vaxtlara qədər burada ölkəmiz və mədəniyyətimiz haqqında çox az məlumat var idi. Lakin sevinirəm ki, yapon musiqiçilərinin, Yaponiyanın aparıcı not və kitab nəşriyyatlarının, klassik musiqinin çoxsaylı pərəstişkarlarının və daimi tamaşaçılarımızın simasında böyük dəstəyimiz var”, – deyə həmsöhbətimiz vurğulayıb.

Qeyd edək ki, Gülnarə Səfərova 2025-ci ilin yanvarında Yaponiyada Azərbaycan musiqisinin təbliğinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən medalla təltif olunub.

Müəllif – Anara Axundova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib