Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın deflimpiyaçı güllə atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Deflimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növü üzrə yarışlarda 3-cü yeri tutub. Bu, atıcılıq üzrə Azərbaycan deflimpiya tarixində ilk medal kimi tarixə düşüb.
Milli komandanın digər üzvü Nicat Əzimov isə yarışda 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan ilk dəfə eşitmə qabiliyyəti məhdud olan atıcılar arasında Avropa çempionatında təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:15]
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
- 24.09.2026 [13:37]
Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb
- 24.09.2026 [13:12]
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
- 24.09.2026 [13:03]
Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]