Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO
Astana, 24 sentyabr, AZƏRTAC
Qazaxıstanda bütün səviyyələrdə şuraların (məsləhətlər- regional və yerli təmsilçilik orqanları) səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və yeni seçkilərin keçirilməsi planlaşdırılır.
AZƏRTAC Qazaxıstan Prezidenti aparatına istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev Xalq Şurasının (Қазақстан Халық Кеңесі) birinci sessiyasında çıxış edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, şura deputatlarının böyük əksəriyyəti hazırda “Ədilet” partiyası ilə birləşdikdən sonra müstəqil fəaliyyət göstərməyən AMANAT partiyasından seçilib.
Eyni zamanda, yerli nümayəndəlik orqanlarının hazırkı deputatları Konstitusiya və qanunlarda nəzərdə tutulmuş əsaslarla səlahiyyətləri dayandırılana qədər onları saxlayırlar.
Prezidentin sözlərinə görə, hüquqi prosedurlar başa çatdıqdan sonra şura deputatlarının əksəriyyətinin legitimliyi məsələsi qaldırılacaq.
Kasım-Jomart Tokayev tezliklə Baş nazir və Qurultayın sədri ilə bütün səviyyələrdə şuraların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsləhətləşmələr aparacağını və bundan sonra müvafiq fərman imzalayacağını bildirib.
Bundan sonra Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilərin tarixini müəyyən etməli olacaq.
Prezident qeyd edib ki, bütün səviyyələrdə şuralara seçkilər dövlət idarəçiliyi sisteminin transformasiyasının son mərhələsi olacaq.