Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalın ümumi dəyəri 26 milyard 886,4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 faiz azdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkədə metal filizlərinin hasilatı sahəsində istehsalın dəyəri illik müqayisədə 42,5 faiz artaraq 761,1 milyon manat, mədənçıxarma sənayesinin digər sahələrində istehsalın dəyəri 15,1 faiz azalaraq 141,3 milyon manat, mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi üzrə dəyər isə 28,8 faiz artaraq 2 milyard 146 milyon manat təşkil edib.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 17,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 25,6 milyard kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, əmtəəlik qaz hasilatı isə 0,9 faiz azalıb.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]